Şrift:
İslamabadda Novruz şənliyi keçirilib
10.03.2020 [11:22] - Gündəm, Mədəniyyət, Bildiriş
Azərbaycanın Pakistandakı səfirliyində Novruz bayramı ilə əlaqədar tədbir keçirilib.

Tədbirdə Azərbaycanın mədəniyyəti, milli və mənəvi dəyərləri, habelə mətbəxi təqdim olunub.

Ölkəmizin Pakistandakı səfiri Əli Əlizadə Azərbaycanın və Novruz bayramını qeyd edən digər dövlətlərin təşəbbüsü ilə 2010-cu ildə 21 Mart tarixinin BMT Baş Məclisi tərəfindən "Beynəlxalq Novruz Günü" elan edildiyini diqqətə çatdırıb. Səfir bu bayramın uzun əsrlərdən bəri Azərbaycanda hər il təntənəli sürətdə qeyd olunduğunu, qədim tarixi köklərə və mədəni dəyərlərə bağlandığını bildirib və qarşıdan gələn Novruz bayramı münasibətilə tədbir iştirakçılarını təbrik edib.

Ə.Əlizadə Azərbaycanda Novruzla bağlı formalaşan milli adət- ənənələr haqqında məlumat verib, baharın gəlişi və təbiətin yenilənməsi ilə səciyyələnən bu bayramın ölkəmizdə bir ay öncədən su, od, külək və torpaq çərşənbələrinin qeyd olunması ilə başlandığını, xalqımızın öz tarixi-mədəni keçmişinə yüksək ehtiramını, milli-mənəvi dəyərlərə dərin bağlılığını diqqətə çatdırıb.
Tədbirdə Novruz adət- ənənələri ilə bağlı videoçarxlar nümayiş olunub, Azərbaycan milli musiqiləri səslənib, milli mətbəx nümunələrindən şəkərbura, paxlava, qoğal, dolma, ləvəngi, plov və digər təamlar qonaqlara təklif edilib.
Bu xəbər oxucular tərəfindən 560 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed