29.09.2012 [14:53] - Diaspor
Danimarkanın paytaxtı Kopenhagendə bir çox dövlət məmurunun və ölkə parlamentinin millət vəkillərinin iştirakı ilə “İlin ən aktiv insanı” mükafatının təqdimat mərasimi keçirilib.
Danimarkada fəaliyyət göstərən “Vətən” cəmiyyətinin sədri Səfər Sadiqi Azərbaycanın sosial-iqtisadi, mədəni həyatı və Ermənistan tərəfindən Dağlıq Qarabağın işğalının acı nəticələri barədə tədbir iştirakçılarına məlumat verib.
Diaspor rəhbəri millət vəkillərini və dövlət məmurlarını son günlər erməni tərəfinin sərhəddə atəşkəs rejimini intensiv surətdə pozması, eləcə də ASALA erməni terror təşkilatının Azərbaycanın səfirlik və diaspor təşkilatlarına qarşı hədələri ilə bağlı məlumatlandırıb.
Bununla yanaşı, S.Sadiqi Azərbaycan dövlətinin Dağlıq Qarabağ məsələsinin həll olunması ilə bağlı yürütdüyü sülh siyasəti və münaqişənin həlli üçün beynəlxalq hüquq və normalar çərçivəsində atdığı addımlar haqda bilgilər verib.
Cəmiyyət sədri eyni zamanda Dağlıq Qarabağ probleminin həll olunması ilə bağlı subyektiv səbəblərə toxunub, beynəlxalq təşkilatların, xüsusilə də ATƏT-in Minsk qrupunun bu məsələdə qəti mövqe nümayiş etdirməməsi nəticəsində münaqişənin həllinin iyirmi ilə yaxındır ki, uzandığını diqqətə çatdırıb.
Danimarkanın gənclər və təhsil naziri Kristine Antoni və digər dövlət məmurları verdiyi məlumatlara görə S.Sadiqiyə təşəkkür etməklə yanaşı, iki ölkə arasında əlaqələrin inkişafına böyük dəstək verdiklərini bildiriblər.
Onlar eyni zamanda BMT-nin Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnaməyə əsasən Ermənistan tərəfinin işğal olunmuş Azərbaycan torpaqlarından çıxacağını və ədalətin bərqərar olacağına ümid etdiklərini də diqqətə çatdırıblar.
Elnur Eltürk

Bu xəbər oxucular tərəfindən 1091 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |