Şrift:
Bakıda keçiriləcək idman gimnastikası üzrə dünya kubokunda ölkəmizi 6 atlet təmsil edəcək
10.03.2020 [14:28] - Gündəm, İdman
Martın 12-15-də Milli Gimnastika Arenasında idman gimnastikası üzrə “Tokio 2020” Yay Olimpiya Oyunlarına lisenziya xarakterli dünya kuboku yarışları keçiriləcək.

Azərbaycan Gimnastika Federasiyası xəbər verir ki, turnirdə 42 ölkədən 158 gimnast birincilik uğrunda mübarizə aparacaq.

Yarışda ölkəmizi Murad Ağarzayev, Ağamurad Qəhrəmanov, İvan Tixonov, Cavidan Babayev, Marina Nekrasova və Samirə Qəhrəmanova təmsil edəcəklər.

Dördgünlük yarışın ilk iki günü təsnifat, sonrakı iki günü isə final mərhələləri baş tutacaq.

Turnirdə, həmçinin ən yüksək icra xalını toplamış gimnastlara ənənəvi “AGF Trophy” kuboku da təqdim olunacaq.
Bu xəbər oxucular tərəfindən 540 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed