Şrift:
Akademik Milli Dram Teatrında “Filumena Marturano” tamaşasının məşqləri davam edir
10.03.2020 [15:40] - Gündəm, Mədəniyyət
Akademik Milli Dram Teatrında “Filumena Marturano” adlı yeni tamaşanın məşqləri davam edir. Tamaşa məşhur italyan dramaturqu Eduardo de Filipponun eyniadlı əsəri əsasında hazırlanır.

Səhnə əsərinin bədii rəhbəri Xalq artisti Azər Paşa Nemətov, quruluşçu rejissoru Əməkdar artist Nicat Kazımov, rejissoru Mehman Fətullayev, quruluşçu rəssamı Əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, işıq üzrə rəssamı Rafael Həsənov, musiqi tərtibatçısı Kamil İsmayılov, rəqsləri quruluşçusu Lalə Hacıyeva, rejissor assistentləri Dilbər İsmayılova və Könül Kərimovadır.
Əsəri Azərbaycan dilinə yazıçı Ülviyyə Heydərova tərcümə edib.

Tamaşada Xalq artistləri Bəsti Cəfərova, Ramiz Novruz, Cəfər Namiq Kamal, Əməkdar artist Sevinc Əliyeva, aktyorlar Cümşüd Zeynalov, Ləman İmanova, Fəridə Şahbazova, Güney Əkbərova, Firuzə Balayeva, Elnur Qədirov, Corc Qafarov), Vüsal Mustafayev, Cavidan Novruz və Xədicə Novruzlu çıxış edirlər.

Qeyd edək ki, Eduardo de Filippo bu məşhur əsəri 1946-cı ildə qələmə alıb. Elə həmin il Neopldakı Politeama teatrında tamaşanın dünya premyerası keçirilib. Tamaşa Filumena Marturano adlı qadının zəngin kişi Domeniko Soriano ilə mübarizəsindən bəhs edir. Əsərdəki əsas motiv insanlar arasında sosial ziddiyyətlər, qadın hüquqları və cəmiyyətdəki təbəqələşmənin törətdiyi fəsadlardır.
Bu xəbər oxucular tərəfindən 498 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed