29.09.2012 [16:09] - Xəbərlər, Hadisə
Türkiyədə «erməni açılımı» çərçivəsində Van gölündəki Aktamar adasında yerləşmiş eyni adlı kilsə 2010-cu ildən etibarən dünya ermənilərinin ziyarətgahına çevrilmişdir. Xüsusilə də, hər il sentyabrın əvvəllərində dünya üzrə, əsasən də Ermənistandan minlərlə erməni Aktamar kilsəsini ziyarət edib dini ayinləri icra edirlər.
Əsassız Erməni İddiaları ilə Beynəlxalq Mücadilə Dərnəyinin (ASİMDER) Türkiyənin cənub –şərq bölgəsi üzrə səlahiyyətli nümayəndəsi və Van elində təmsilçisi İrfan Ermiş və dostları sentyabrın əvvəllərində Aktamarda ziyarətə gəlmiş ermənilərin keyfinə soğan doğradılar. Belə ki, İrfan Ermiş və dostları Aktamar adasında ermənilərin keçirdiyi ayinə qarşı etiraz aksiyası sərgiləmişlər. Etirazçılar ermənilər tərəfindən işğal olunmuş Qarabağdakı məscidlərin mal-qara axurlarına çevrilməsini əks etdirən şəkilləri nümayiş etdirmişlər. Həmçinin, etirazçılar ermənilərin 1914-1917-ci illərdə Aktamar adası və Van vilayətində, həmçinin, Türkiyə ərazisində və Azərbaycanda törətdikləri cinayətləri cinayətləri xatırladan şüarları da sərgiləmişlər.
Sevda Əsgərova
“Millətçilik” qəzeti

Bu xəbər oxucular tərəfindən 1190 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |