Şrift:
Azərbaycan Turizm Bürosu: Hazırda qarşıdan gələn çətinlikləri birgə aşmaq üçün gözəl fürsətdir
11.03.2020 [12:38] - Gündəm, Mədəniyyət
Koronavirus təhlükəsi qlobal turizmə təsirsiz ötüşməyib. Bu, çox təəssüfləndirici haldır.

Bu sözləri Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmid ölkədaxili turizm kampaniyasının təqdimat mərasimində deyib.

O, Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun qarşısına qoyulan məqsədləri də açıqlayıb: “Birinci məqsəd bu ağır vəziyyəti birlikdə keçmək və tərəfdaşların yanında olmaqdır. İkincisi bu vəziyyətin yaratdığı iqtisadi və sosial problemləri ən minimum formada keçməkdir. Üçüncüsü isə çalışırıq ki, vəziyyət yenidən normallaşanda Azərbaycan yenidən insanların səyahət etmək istədiyi əsas məkanlardan biri olsun. Hazırda qarşıdan gələn çətinlikləri birgə aşmaq üçün gözəl fürsətdir”.
Bu xəbər oxucular tərəfindən 374 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed