01.10.2012 [11:52] - Sosial
Kitabın çapı ASALA erməni terror təşkilatının açıqladığı siyahıdan sonra gündəmə gəlib
Bu günlərdə Azərbaycanda erməni terrorundan bəhs edən kitab çap ediləcək. Kitabın çapı ASALA erməni terror təşkilatının Azərbaycan diplomatlarını öldürəcəyi ilə bağlı verdiyi bəyanatla açıqladığı siyahıdan sonra gündəmə gəlib.
Kitabda erməni terrorunun tarixi, türk diplomatlarına qarşı həyata keçirilən erməni terror aktları, eləcə də 90-cı illərdə Azərbaycanda metro və s yerlərdə törədilən terror hadisələri öz əksini tapacaq. Kitab 1985-ci ildə ingilis dilində nəşr olunan, daha sonra isə rus dilinə tərcümə olunan “Erməni genosidi mif və reallıqlar”ın Azərbaycan dilində ilk tərcüməsidir.
Kitabda tərcümə ilə yanaşı əlavə faktlar da yer alır. Belə ki, kitabda terrora məruz qalan bütün türk diplomatları barəsində məlumatlar öz əksini tapıb və sözügedən kitab erməni terrorunu sübut edən elmi əsərdir.
Qeyd edək ki, kitab erməni terrorizmi haqqında məlumat mənbəyi kimi istifadə ediləcək və gələcəkdə tədris oluna bilər. Kitabın elmi redaktoru və məsləhətçisi Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri, tarix elmlər doktoru Əli Həsənovdur. Layihənin ideya müəllifi, təşəbbüskarı, eyni zamanda ön sözün müəllifi deputat Adil Əliyevdir. Tərcümə edən isə tənqidçi Əsəd Cahangirdir
Kitab yaxın günlərdə ictimaiyyətə geniş şəkildə təqdim olunacaq.

Bu xəbər oxucular tərəfindən 1358 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |