12.03.2020 [12:37] - Xəbərlər, Türk dünyası-Turan
Türkiyənin Səhiyyə naziri Fahrettin Koca, Mədəniyyət və Turizm naziri Mehmet Nuri Ersoy və Ticarət naziri Ruhsar Pekcan COVID-19 pandemiyası ilə əlaqədar birgə mətbuat konfransı keçiriblər.
Nazirlər xəstəlik təhlükəsinin riski və onun qarşısının alınması istiqamətində görülən tədbirlər barədə ətraflı danışıblar.
Diqqətə çatdırılıb ki, ölkə ərazisində virusun daşıyıcılarının olması riski böyükdür. Çünki Türkiyənin yaxın qonşularında, o cümlədən Avropa ölkələrində mövcud olan virus sürətlə yayılmaqdadır. Vurğulanıb ki, Türkiyə vətəndaşlarına zərurət olmadıqda xarici ölkələrə, o cümlədən virusun geniş yayıldığı şəhərlərə getməmələri tövsiyə edilir. Eləcə də xaricdən vətənə dönən vətəndaşlar tələb olunan müddətdə karantində qalmalıdırlar.
Qeyd edilib ki, bu il ölkədə turizm mövsümü aprelin sonunda başlanacaq, eləcə də əhaliyə Türkiyə ərazisində vaxtı dəyişdirilən sərgi və digər kütləvi tədbirlər barədə davamlı olaraq məlumat veriləcək. Məktəblərdə dərslərin davam etməsi barədə qərar isə mövcud vəziyyətlə bağlı olacaq. Qoruyucu maska və dezinfeksiya məmulatları ilə bağlı süni qiymət artımına, qıtlıq yaratmaq cəhdlərinə qarşı mübarizə kəskin şəkildə davam etdiriləcək.

Bu xəbər oxucular tərəfindən 536 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |