Şrift:
Türkiyə hərbçilərinə qarşı hücum hazırlığında olan terrorçulardan ibarət qrup zərərsizləşdirilib
12.03.2020 [14:43] - Gündəm, Türk dünyası-Turan
Türkiyə hərbçilərinə hücum etmək hazırlığında olan PKK/YPG terror təşkilatının 8 üzvü həyata keçirilən qabaqlayıcı əməliyyat nəticəsində məhv edilib.

Türkiyənin Milli Müdafiə Nazirliyinin saytı xəbər verir ki, terrorçular Suriya ərazisində həyata keçirilən “Sülh çeşməsi” antiterror əməliyyatının əhatə etdiyi bölgədə zərərsizləşdiriliblər.

Ölkə daxilində həyata keçirilən “Kapan-7 Garisa” antiterror əməliyyatı çərçivəsində Siirt bölgəsində PKK terror təşkilatına məxsus bir neçə mağara və düşərgə ələ keçirilib. Terrorçuların torpaq altında və qayalıqlarda gizlətdikləri silah və sursat, digər ləvazimatlar məhv edilib.
Bu xəbər oxucular tərəfindən 499 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed