Şrift:
Silahlı Qüvvələrə Yardım Fonduna bir ayda 1,24 milyon dollar toplanıb
01.10.2012 [14:07] - Hərb
Fondun ümumi vəsaitinin miqdarı 40 milyon dolları keçib

Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fonduna yığılan vəsaitin həcmi son bir ay ərzində 974342 manat (1 milyon 240 min 883 dollar) artıb. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Oktyabrın 1-i tarixinə Fondun manat hesabına yığılmış vəsaitin məbləği 31377778 manat, ABŞ dolları hesabındakı vəsait 199791 dollar, avro hesabındakı vəsait isə 593 avro təşkil edib. Ümumilikdə Fondun vəsaitləri 40 milyon 161 min 896 ABŞ dollarıdır.

Qeyd edək ki, Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan prezidentin 17 avqust 2002-ci il tarixli sərəncamı ilə yaradılıb. Sərəncama əsasən, Silahlı Qüvvələrə Yardım Fondu respublika ərazisində fəaliyyət göstərən fiziki və hüquqi şəxslərdən könüllü olaraq daxil olan vəsait və qanunvericiliklə qadağan olunmamış digər daxilolmalar hesabına formalaşır.
Bu xəbər oxucular tərəfindən 1040 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed