01.10.2012 [15:48] - Sosial
Bu fikirləri AŞPA sədri Jan-Klod Minyon brifinqdə jurnalistlərin suallarının cavablandırarkən deyib.
“Şəxsən mən Ermənistan və Azərbaycan arasındakı münaqişə ilə bağlı artıq polemikaların yaranmasına qarşıyam. Bu məsələlərdə əlavə polemikaların yaradılması nə mənim, nə də Assambleyamızın işi deyil. Ümumilikdə bu münaqişə çox mürəkkəb bir məsələdir və biz də parlament demokratiyası çərçivəsində, eləcə də Avropa Şurası olaraq bu məsələdə yardımçı olmaq üçün əlimizdən gələn hər şeyi etməyə hazırıq. Qaldı ki, Ramil Səfərov məsələsinə, mən bununla bağlı artıq vaxtında bəyanat vermişəm və bu əfv aktını pisləmişəm. Lakin AŞPA sessiyasının dördüncü günü keçiriləcək müzakirələrdə bu məsələ yalnız cari məsələ kimi müzakirə ediləcək. Burada heç bir sənəd belə qəbul edilməyəcək. Nə qətnamə, nə də ki tövsiyə xarakterli hansısa sənədin qəbulundan söhbət gedə bilməz. Mən sadəcə çalışacağam ki, bu müzakirələr layiqli formada keçirilsin”.
Jan-Klod Minyon AŞPA-nın son sessiyası çərçivəsində Azərbaycan və Ermənistan nümayəndə heyətlərinin rəhbərləri ilə görüş keçirdiyini xatırladıb: “Onları sağlam mühitdə əməkdaşlıq etməyə çağırdım və dedim ki, bu məsələ ilə bağlı çalışıb həll yolu tapmalıyıq. Əminəm ki, Avropa Şurası ümumilikdə bu münaqişənin həllində hansısa müsbət rol oynayacaq. Amma yenə də qeyd edirəm ki, biz bu məsələlərdə əlavə polemikalar yaratmaq, alovun üstünə yağ tökmək fikrində deyilik. Biz parlament demokratiyası çərçivəsində bu iki ölkə arasında sağlam mühitin yaradılması istiqamətində yalnız dialoqa üstünlük verməliyik”.
AŞPA sədri qurumun tərkibində Dağlıq Qarabağ münaqişəsinə dair Alt Komitənin bərpa olunmasına qarşı çıxdığını söyləyib: “Hesab edirəm ki, bu məsələdə biz tamamilə ATƏT-in Minsk Qrupuna etibar etməliyik”.

Bu xəbər oxucular tərəfindən 1166 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |