Şrift:
Tarixçilər tarixi həqiqətləri təqdim edir
01.10.2012 [16:24] - Mədəniyyət
AMEA-nın müxbir üzvü, t.e.d., professor Yaqub Mahmudovun “Azərbaycan və Avropa: Ağqoyunlu dövründə qarşılıqlı əlaqələr (XV əsrin ikinci yarısında)” (2011) monoqrafiyası ABŞ-ın Los-Anceles şəhərində ingilis dilində nəşr edilib.

Tarix İnstitutundan Davam.az-a daxil olan məlumatda bildirilir ki, 5 fəsildən ibarət olan bu əsərdə Ağqoyunlu dövlətinə aid 260 ədəd müxtəlif dillərdə olan mənbə və ədəbiyyatdan istifadə edilib. Kitabda Azərbaycanın Avropa ölkələri ilə əlaqələrinin yaranmasının tarixi səbəbləri, Ağqoyunlu dövründə (XV əsrin ikinci yarısı) Avropa-Azərbaycan əlaqələri, Ağqoyunlu – Osmanlı münasibətləri və digər məsələlər öz əksini tapmışdır. Kitabın sonunda verilmiş 5 xəritə Azərbaycanın tarixi dövlətlərinin sərhədlərini göstərir. Uzun illərin araşdırmalarının nəticəsi olan bu xəritələr Azərbaycanın tarixini saxtalaşdırmağa çalışanlara tutarlı cavabdır. Əsərdə, həmçinin müxtəlif dövrlərdə Azərbaycanın itirilən torpaqlarını nəzərə çatdırmaq məqsədilə Azərbaycan Respublikasının müasir xəritəsi də verilib. Həmin xəritədə Ermənistan tərəfindən işğal olunan Azərbaycanın Dağlıq Qarabağ və ətrafındakı əraziləri də öz əksini tapıb. Kitab dünyanın ingilisdilli tədqiqatçılarını və oxucucularını XV əsr Azərbaycan tarixinin parlaq səhifələri ilə yaxından tanış edir.
Bu xəbər oxucular tərəfindən 1235 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed