01.10.2012 [17:02] - Güney Azərbaycan xəbərləri
“İranın daxili vəziyyəti, onun siyasi davranışındakı ziddiyyətlər gec-tez İranın Ermənistan və Azərbaycana münasibətlərinə toxunmalı idi. Bizim hesablamalarımıza görə, bu prezident seçkilərindən sonra baş verməli idi. Çünki İran ABŞ və digər iri dövlətlərin təhqirli münasibətlərinə kəsərli cavab verməsə də müqaviməti göz qabağındadır”.
Bu fikirlər politoloq Mübariz Əhmədoğluna məxsusdur. Politoloq bildirib ki, M. Əhmədinejadın dövründə iri dövlətlər, hətta Ermənistan belə İranı təhqir edən dövlətlər sırasına qoşulub: “İranı öz hesabına tikdirdiyi enerji layihələrindən qovan Ermənistan bu azmış kimi Dağlıq Qarabağ məsələsində İranın vasitəçilik tələbini rədd etdi. Amma bir vaxtlar Ermənistan guya Dağlıq Qarabağ məsələsində İranın vasitəçiliyinə razılığını nümayiş etdirməklə İranı Azərbaycanın üstünə qızışdıra bilmişdi. Bütün bunlar növbəti prezidentin dövründə deyil, görünür, Əhmədinejadın dövründə həllini tapmalıdır. Bu məcburi gedişdir. İki seçim müddəti başa çatdığı üçün Əhmədinejad prezident seçilə bilməz. Amma Əhmədinejad və onun komandası hakimiyyətdən kənarda da qala bilməzlər. Çünki hədsiz çox əzazillik ediblər. Əhmədinejad ikinci dəfə prezident seçilməsinə etiraz edənlərin hamısını Qərbin casusu elan edərək həbsxanalara doldurub dəhşətli, nəinki müsəlmançılığa, ümumiyyətlə insanlığa yaraşmayan işgəncələrə məruz qoydu. Bu adamların böyük əksəriyyəti İran dövlətçiliyinin yanında olmuş, vaxtilə İraqa qarşı müharibədə iştirak etmiş şəxslər idi. Əhəmiyyətinə görə İranda ikinci dərəcəli hesab edilən qurumun başçısı eks-prezident Rəfsəncaninin qızı və oğlu Əhmədinejadın göstərişi ilə həbsdədirlər. Keçmiş baş nazir Musəvi qohum əqrəbası qarışıq ev dustağıdır. Belə olan təqdirdə Əhmədinejad prezidentliyi birbaşa və ya dolayısı yolla əlində saxlaya bilməyəcəksə onun özünün, ailəsinin, qohum-əqrəbasının və komandasının üzvlərinin başına olmazın oyunu açacaqlar. Faktiki Əhmədinejad həm öz komandasının, həm İran xalqının, həm də Azərbaycan xalqının düşməninə çevrilib. Hakimiyyəti əldə saxlamaq Əhmədinejad üçün həyati zərurətdir. Ona görə bu şəxs “varis planını” reallaşdırmalıdır və bu istiqamətdə də fəaliyyətə başlayıb. İrandakı son parlament seçkiləri əhalinin Əhmədinejadın siyasətindən narazılığının artdığını göstərməklə yanaşı, həm də dini əhval ruhiyyənin və ya dindarların təsirinin gücləndiyini ortalığa qoydu. Belə olan təqdirdə İran prezidenti islami faktoru nəzərə almalıdır. Buna görə Əhmədinejad xristian ermənilərlə əlaqəni azaldıb şiə Azərbaycanla əlaqələri gücləndirməlidir. Bunu isə boş bəyanatlarla etmək mümkün deyil, ortalığa ciddi əməl qoyulmalıdır. Vaxtilə Ermənistan prezidentinin ətəyinə səcdə qılıb, onun qabağında baş əyib, Ermənistan prezidenti ilə eyni mədəniyyətinə(oxu: dininə) and içərək “İranla Ermənistanın coğrafiyası heç zaman dəyişməyəcək” bildirən Əhmədinejad indi bu coğrafiyanı dəyişməlidir.
“Xudafərin” ATZ ilə bağlı İranın daxilindən doğan ikinci məsələ ölkədə sosial-iqtisadi böhranın davam etməsidir. Zəlzələdən zərər çəkmiş ərazilərdə isə bu böhran özünü daha kəskin şəkildə göstərir. İran prezidenti zəlzələdən zərər çəkmiş əhalinin pul qazanması və ya iş yerləri əldə etməsi üçün şərait yaratmalıdır. 18.500 dağılmış evdən yalnız 2 minində bu və ya digərində iş gedir. Bu günədək 250-ə yaxın ev tikilib istifadəyə verilmişdir. Bir şeyi də nəzərə almaq lazımdır ki, təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması İranda və Azərbaycanda fərqli prinsiplər əsasında aparılır. Azərbaycanda bərpa işləri tamamilə dövlətin boynundadır, İranda isə cüzi yardım edib, ev tikintisinin 30-40 faiz həcmində 4 faizli kredit verirlər, qalan pulu isə 8-10% kreditlə götürmək tələbi olunur. Azərbaycan televiziyalarının fəaliyyəti nəticəsində İranda zəlzələdən zərər çəkənlər bu prinsipial fərqi başa düşüblər, indi bunu öz dövlətlərindən tələb edirlər. Ona görə İran “Xudafərin” ATZ açmaqla həmin adamlara isti münasibətini göstərir və əlavə qazanc yeri açmış olur. Buna görə də Azərbaycanın aktivliyinə heç ehtiyac yoxdur”.

Bu xəbər oxucular tərəfindən 907 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |