01.10.2012 [17:16] - Gündəm, Hərb
Bu barədə Müdafiə Nazirliyinin ehtiyyatda olan polkovnik-leytenantı, hərbi ekspert Üzeyir Cəfərov bildirib
Azərbaycan öz torpaqlarını hansı yolla azad etməyə qadirdir?
"Azərbaycan dövləti öz torpaqlarını azad etmək istəyirsə, mütləq mənada bütün güclərini səfərbər etməlidir.
Təkcə ordu deyil, bütün dövlət orqanları bu işlə ciddi məşğul olmalıdır. İndiki halda biz düşmənlərdən torpaqlarımızı azad etmək istəyiriksə, mütləq mənada ən xırda detalları belə nəzərə almalıyıq. İndi baş verə biləcək döyüşlər 90-cı illərdə gedən döyüşlərdən çox fərqlənəcək. Atəşkəs dövründə hər iki dövlət kifayət qədər hazırlıqlar görüblər. Əlbəttə ki, torpaqları işğal olan dövlət bizik. Torpaqları da azad etmək bizim BORCUMUZDUR. Amma bizim siyasi rəhbərlik hələlik ATƏT və digər bivec qurumlara ümid edir ki, onlar bizim torpaqları azad edəcəklər. Əslində isə, onlar işğalçının xeyrinə çox uğurla fəaliyyət göstərirlər. Vaxt uzatmaqla, mənasız görüşlər təşkil etməklə, onlar bir daha Azərbaycan rəhbərliyinə xatırladırlar ki, siz özünüz hər şeyi həll etməlisiniz.
Ona görə də, mən elə hesab edirəm ki, qanla alınan torpaqlar, elə qan axıtmaqla geri alınmalıdır.
Döyüş əməliyyatları gec-tez baş verəcək. Bunsuz biz ərazi bütövlüyümüzü təmin edə bilməyəcəyik. Ona görə də, cəmiyyətdə səslənən bir fikri təkrar etməyə məcburam: “Ümid sənədir ancaq, Azərbaycan Əsgəri!!! - Ü.Cəfərov bildirib.

Bu xəbər oxucular tərəfindən 1269 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |