02.10.2012 [11:14] - Gündəm, DAVAMın yazıları
Sabiq rektorun görüntüləri 7 ildən sonra açmasının 2 əsas hədəfi...
"Hakimiyyətin ən yuxarı dairələri sabiq rektorun mandat əldə etmək oyunlarının qarşısını kəsməklə, onun planlarının böyük hissəsini pozdu..."
Mandat alverini əks etdirən videogörüntülərin yayımlanmasının ardınca baş verən hadisələr həmin görüntülərin çəkildiyi yaxın tarixə yönəlmiş bir sıra şübhələrin, sual və mülahizələrin meydana çıxmasına səbəb olub. Gülər Əhmədova görüntülərin yayıldığı ilk günlərdə ailə üzvləri ilə birgə çəkilişin montaj olduğunu və yaxın günlərdə hər şeyin sübut olunacağını iddia etsə də, az sonra deputat mandatından imtina bəyanatı səsləndirdi və bununla da çəkilişin montaj olmadığını təsdiqləmiş oldu.
Görünür, xanım deputat tufanın qopduğu ilk günlərdə siyasi hakimiyyətin və mənsub olduğu partiyanın onu bu məsələdə müdafiə edəcəyinə dair özündə yaratdığı ümidləri ilə yanılmışdı. Hakim partiya aşkar qanunsuzluq əlamətləri olan fakta görə haqlı olaraq öz üzvünü özündən xaric etdi, ondan imtina etdi, ardınca isə prokurorluq orqanları dələduzluq maddəsi ilə cinayət işi açdı. Beləliklə, hay-küylü hadisənin Gülər Əhmədova ilə bağlı başlatdığı prosesin müəyyən elementləri artıq ortadadır və onun müəyyən zaman yanılmalarla çərçivəsində nə ilə nəticələnəcəyini çox kiçik söyləmək o qədər çətin deyil.
Bəs gurultulu videoçəkiliş olayının sabiq ABU rektoru Elşad Abdullayevlə bağlı hissəsində hansı şübhəli - müəmmalı məqamlar var? Abdullayev görüntüləri niyə indi - Azərbaycanın seçki ərəfəsində olduğu dövrdə açdı?
Gülər Əhmədova ilə heç bir əzəli düşmənçiliyi, prinsipi olmadığı halda onu bu söhbəti lentə almağa kim, nə və hansı maraqlar sövq edə bilərdi? Hazırda videogörüntüləri ictimailəşdirmək tək Abdullayevin şəxsən özünün iradəsinin nəticəsi ola bilərmi? Ona təsir göstərən beynəlxalq dairələrin mövcudluq ehtimalı nə qədərdir? 2004-cü ilin sonu və ya 2005-ci ilin əvvəllərində onun mandat söhbətini lentə aldırmaq planı tək özünəmi məxsus olub? Onu bu işə sövq edən siyasi, beynəlxalq dairələr ola bilərdimi? Bu və digər taktiki suallardan sonra ümumi və strateji xarakter daşıyan "baş sual" meydana çıxır: əsasən Elşad Abdullayevin aparıcı olduğu bu hadisə adi kriminal ssenari, ya kökü dərinlərə, hətta beynəlxalq miqyasa gedib çıxan siyasi kompromat əməliyyatıdır?
Suallara cavab axtarışında oxucuların mümkün qədər düz yola yönlənməsi üçün əvvəlcə çəkilişin aparıldığı deyilən 2004-2005-ci illərdəki daxili siyasi və beynəlxalq-siyasi vəziyyətə nəzər salaq.
Məlumdur ki, hadisə 2005-ci ilin parlament seçkiləri ərəfəsində baş verib. Bu parlament seçkiləri Azərbaycanın seçki tarixində ən emosional, fəal, qaynar və ziddiyyətli seçkidir. Seçki ərəfəsində Ukrayna və Gürcüstanda hakimiyyət dəyişikliyi baş vermişdi, Azərbaycana bu ölkələrdən rəngli inqilabların gələcəyi barədə geniş mülahizələr aparılır, bir çoxları bunu gözləyirdi. Belə şəraitdə seçkiyə qatılanların bir qismi həqiqətən İlham Əliyevin komandasında daha da möhkəmlənməyə can atır, bir qismi rəngli inqilabın populyar simaları sırasına düşmək istəyir, üçüncü qisim isə hakimiyyət dəyişikliyi prosesinin fəal şahidi olmağı hədəfləyirdi. Elşad Abdullayev məhz belə şəraitdə seçkiyə qatılmışdı və onun da yuxarıda göstərilən şərti qruplardan hər hansı birinə rəğbət bəslədiyinə və ya daxil olduğuna heç bir şübhə yoxdur. O zaman cənab Abdullayev hakim elitanın elm-təhsil qanadına daxil idi, onunla siyasi hakimiyyətin arasında heç bir gərginlik yox idi və rəhbərlik etdiyi universitetin yaxın gələcəkdə bağlanacağının heç əlaməti görünmürdü.
Belədə Elşad Abdullayevin nədən özü üçün mandat məsələsini Gülərlə yox, birbaşa məsələ ilə əlaqəli səlahiyyətlərə malik daha böyük instansiyalarla müzakirə etmədiyi sual doğurur. Və ilk olaraq sadə bir cavab yada düşür: "Daha səlahiyyətli persona ilə görüşün yerini və vaxtını müəyyənləşdirmək imkanı Elşadda olmadığı üçün onun bu halda çəkiliş aparmaq imkanları yox idi". Deməli, bu iş üzrə danışıqlara birbaşa səlahiyyətləri olmayan Güləri cəlb etmək onun məhz çəkiliş apara bilmək niyyətlərinin ilk detalı kimi qəbul edilə bilər. Yəni çəkiliş aparmaqla onun hansısa çox uzaq hədəfləri nişanladığı ən incə təxminlərdən biridir. Gülər Əhmədova ilə hər hansı əzəli prinsipi olmadığı halda, çəkiliş aparmaqla şəxsən Güləri zərbədə qoymaq onun nəyinə lazım idi? Seçkilərin ilk mərhələsindən başlayaraq hansısa gələcək üçün kompromat xarakterli faktlar toplamaq niyyəti ortadadır və Elşad Abdullayevin 2005-ci ilin 6 noyabr seçkisindən sonrakı aralıq mərhələdə də mandat üçün böyük prisipiallıq göstərməsini nəzərə alanda kompromatlar toplamaq niyyətinin arxasında çox iri məsələlər görsənir. Əvvəlcə gəlin, onun namizədlik tarixçəsinə baxaq. 2005-ci ilin parlament seçkilərində Elşad Abdullayev YAP üzvü kimi 8-ci Binəqədi dairəsindən namizəd verilmişdi, o dairədən YAP-ın rəsmi siyahı namizədi Siyasi Şura üzvü Musa Musayev idi. Günün sonunda səsvermənin başa çatdığı ilk saatlarda verilən eksklüziv məlumatlarda Elşad Abdullayevin dairədə səs liderliyi etdiyi deyilirdi. Lakin hər şeyin sonunda o yox, "Azadlıq" blokunun namizədi Arzu Səmədbəyli qalib gəldi. Bir neçə ay sonra Elşad Abdullayev yenidən 9-cu dairədən əlavə seçkilərdə bu dəfə YAP-ın rəsmi namizədi kimi irəli sürülür və az sonra məhkəmə qaydasında onun namizədliyi ləğv edilir. Bu kiçik xronika onu göstərir ki, prosesə kompromat çəkilişlərlə başlayan Elşad Abdullayev deputat olmaq üçün səylərini inadkarlıqla davam etdirsə də, nəticə əldə edə bilmir. Görünür, namizədliyini irəli sürmək üçün müəyyən aşağı instansiyalardan keçə bildiyi halda, mandatı pulla satın almaq cəhdləri barədə informasiyalar daha yuxarı instansiyalara sızdığı üçün onun mandat sahibi olmaq arzusu yerindəcə boğulub və o, yuxarı istansiyanı aşa bilməyib. İndi təsəvvür edin ki, Elşad Abdullayev haqq verdiyi anda apardığı gizli çəkilişlərin ardınca həm də mandata sahiblənə bilsəydi, bundan sonra həmin çəkilişi dünyaya açıqlamış olsaydı, onda nə baş verərdi? Bu artıq tam mübahisəsiz şəkildə onun təsdiqi olacaqdı ki, Elşad Abdullayev də, digərləri də, ümumən Azərbaycanda hamı (tək-tək istisnalarla) deputat mandatını azı bir milyona satın alır. Kim bilir, bəlkə Elşad Abdullayevin 2005-ci ilin növbəti və ondan sonrakı əlavə seçkilər ərəfəsində mandat naminə misilsiz inadkarlıq göstərməkdə son məqsədi məhz elə bu ssenarini yaradaraq hansısa bir gün üçün böyük siyasi kompromat kimi "başının altına qoymaq" idi? Belədə sabiq rektorun seçki ərəfəsində Azərbaycan üçün "məxməri inqilab" gözləyən daxili və xarici qüvvələrlə əlbirliyi nə qədər gözlənilməz olsa da, mümkün real variantlardan biri kimi göz önünə gəlir. Götürək o məsələni ki, Elşad Abdullayev çəkiliş materiallarını niyə məhz indi, üstündən illər ötəndən sonra, həm də hakimiyyət üçün çox həssas olan növbəti ilin seçkiləri ərəfəsində faş etdi?
Burada nəzəri olaraq onun iki hədəf seçdiyi barədə danışmaq mümkündür. Birinci, Gülər Əhmədovanı şəxsən siyasi cəhətdən məhv etmək. İkinci, indiyə qədərki parlament seçkilərinin qeyri-legitim olduğunu iddia edən daxili və beynəlxalq dairələrə əlavə arqument vermək. Elşad Abdullayev Gülər Əhmədovanı həqiqətən məhv etdi. Ancaq bu onun hazırkı vəziyyətində özünün hansı problemini həll etdi, Güləri məhv etmək hansı maraq və məntiqlə onun son məqsədi ola bilərdi? Cavab vermək çətindir. Çünki sabiq rektorun son məqsədi yuxarıda dediyimiz "ikincidir", sadəcə, ortada "Gülər yandı". Sabiq rektorun hazırkı anda müəyyən beynəlxalq dairələrin, xüsusilə Azərbaycanda rəngli inqilab perspektivini hələ də yaşadanların əhatəsində hərəkət etdiyini bundan yaxşı hansı arqument sübut edə bilər? Hazırda da bu dairələrlə bağlılığı onun hələ 2005-ci ildə Gülər Əhmədova səhnəsini də məhz həmin dairələrlə əlbirlik şəraitində lentə aldığına dair yuxarıda dediyimiz versiyanı daha da gücləndirir.
Elə bu yerdə bir daha deməyin yeri gəlir ki, məlum videoolay təkcə kriminal hadisə yox, kökü və hədəfləri uzaqlara gedən hazırlanmış siyasi əməliyyatdır. Bütün hakimiyyətə qarşı düzülüb-qoşulmuş əməliyyatdır. Ancaq əməliyyat Elşad Abdullayevin haqqını verib arxayınca mandat gözlədiyi anlarda Gülərdən daha böyük, yuxarı dairələrin qəfil verdiyi qərarla elə 2005-ci və ya 2006-cı illərdə pozuldu. Demək, Elşad Abdullayevin gələcəyə hesabladığı kompromat çəkiliş planının böyük bir hissəsi iflasa uğradı. Daha doğrusu, planın yalnız o hissəsi öz gücünü saxlaya bildi ki, onunla yalnız Gülər Əhmədovanın şəxsən özünü siyasi cəhətdən məhv etmək olardı və oldu da. Bu məntiqlə iddia etmək olar ki, müəyyən dairələrin o videogörüntüləri bütünlüklə hakimiyyətə qarşı siyasi məhvetmə silahına və ya siyasi böhran yaratmaq vasitəsinə çevirmək niyyətləri real perspektivlərdən məhrumdur. Olsa-olsa, bu istiqamətdə yalnız müəyyən media hay-küyləri ilə rastlaşa bilərik. Gülər Əhmədova ilə bağlı bir çox şeylər aydınlaşdığı halda, Elşad Abdullayevlə bağlı video olayında əksinə, bir çox şeylər hələ aydın deyil. Onların aydınlaşdırılması üçün isə Elşad Abdullayevin Azərbaycana gətirilməsi mütləqləşir. Bir sıra məsələlərin aydınlaşdırılması üçün onun Gülər Əhmədova ilə üzləşdirilməsinə ciddi ehtiyac var. Bundan başqa, Elşad Abdullayevin özü ilə bağlı, ancaq Gülərə dəxli olmayan bəzi başqa nüanslar da var ki, bunlara görə də sabiq rektorun ölkədə olması vacibdir. Məsələn, onun parlament seçkiləri ərəfəsində daxili və beynəlxalq "rəngli inqilab" dairələri ilə işbirliyində olub-olmaması barədə şübhələr yalnız bu yolla aradan qaldırıla bilər. Onun "rəngli" dairələrlə işbirliyi sübut olunsa, bu həm də onun təsdiqi olacaq ki, ölkə hakimiyyətinin ən yuxarı instansiyaları 2005-ci ildə sabiq rektorun mandat əldə etmək oyunlarının qarşısını kəsməklə, əslində onun bütün parlament əleyhinə siyasi kompromat əməliyyatını pozub. "Rəngli" dairələrlə işbirliyi sübut olunmadığı halda isə bütün baş verənlər tamahkar bir xanımın başını yemiş adi kriminal qurğu kimi dəyərləndirilə bilər...Vəssalam.
Tahir TAĞIYEV "Bakı Xəbər" qəzeti

Bu xəbər oxucular tərəfindən 1703 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |