Şrift:
Türkiyədə koronavirusa yoluxanların sayı 47 nəfərə çatıb
17.03.2020 [09:20] - Gündəm, Türk dünyası-Turan
Türkiyədə koronavirus (COVID-19) infeksiyası daşıyıcılarının ümumi sayı daha 29 nəfər artaraq 47-yə çatıb.

Bu barədə ən son vəziyyəti Türkiyənin Səhiyyə naziri Fahrettin Koca sosial şəbəkədə paylaşıb. Nazir bildirib ki, hazırda Türkiyədə xüsusi rejimli xəstəxanalarda müalicə alanlar ABŞ, Avropa ölkələri və Yaxın Şərq bölgəsində infeksiyaya yoluxublar. Onlardan üçü isə Ümrə ziyarətində olan vətəndaşdır.

Qeyd edək ki, bu il Türkiyədən Ümrə ziyarətinə gedən zəvvarların ümumi sayı on min nəfərdən çoxdur. Onların ziyarətdən qayıtması davam edir. Zəvvarlar Ankara, Keniya və Kayseri şəhərlərində karantin üçün hazırlanan tələbə yataqxanalarında yerləşdirilirlər.
Bu xəbər oxucular tərəfindən 437 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed