Şrift:
Qubanın Qırız və Xınalıq kəndlərində temperatur mənfi 9 dərəcəyədək aşağı düşüb
17.03.2020 [10:34] - Gündəm, Bildiriş
Martın 16-sı axşam saatlarından başlayaraq Quba, Qusar və Xızı rayonlarının yüksək dağlıq ərazilərinə qar yağıb.

Qubada yerləşən Şimal-Şərq Regional Hidrometeorologiya Mərkəzindən bildiriblər ki, ən çox qar Xınalıq kəndində yağıb. Burada qarın hündürlüyü 6 santimetrə çatır.

Qar yağması ilə əlaqədar Qubanın Qırız və Xınalıq kəndlərində temperatur mənfi 9 dərəcəyədək aşağı düşüb.

Xızının Altıağac qəsəbəsində 1, Qubanın Xaltan kəndində 1, Qırızda 3, Qusarın Ləzə kəndində isə 2 santimetr qar yağıb.
Bu xəbər oxucular tərəfindən 524 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed