Şrift:
Bu gün Yekaterinburqda şahmat üzrə iddiaçılar turniri start götürəcək
17.03.2020 [12:01] - Gündəm, İdman
Rusiyanın Yekaterinburq şəhərində dünya şahmat tacı uğrunda norveçli çempion Maqnus Karlsen ilə qarşılaşacaq idmançını müəyyənləşdirəcək iddiaçılar turnirinə martın 17-də start veriləcək.

Şəkkiz şahmatçının mübarizə apardığı turnirin birinci turunda fransalı Maksim Vaşe-Laqrav amerikalı Fabiano Karuana, çinli Liren Dinq həmyerlisi Hao Yanq, rusiyalı Aleksandr Qrişuk həmvətəni Kiril Alekseyenko, daha bir rusiyalı Yan Nepomnyaşi isə Niderland təmsilçisi Aniş Giri ilə mübarizə qarşılaşacaqlar.

Ötən il keçirilmiş dünya kubokunun sahibi kimi iddiaçılar turnirinə vəsiqə qazanan Teymur Rəcəbovun bu nüfuzlu turnirdə iştirakı alınmayıb. Şahmatçımızın koronavirusla əlaqədar turnirin tarixə salınması barədə təklifi FIDE tərəfindən qəbul edilmədiyindən o, iştirakdan imtina edib.
Bu xəbər oxucular tərəfindən 487 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed