Şrift:
Azərbaycan dilindəki “Vikipediya”da İraqın mətbuat tarixi ilə bağlı məqalələr yaradılıb
17.03.2020 [12:04] - Gündəm, Türk dünyası-Turan
Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının (MEK) “Vikipediya” Metodik Mərkəzinin könüllüləri tərəfindən İraqın mətbuat tarixi haqqında məqalələr yaradılıb.
MEK-dən bildirilib ki, “Vikipediya”nın Azərbaycan dili bölməsində İraq mətbuat tarixi ilə yanaşı, həmin ölkənin tanınmış mətbuat nümayəndələri haqqında da məlumatlar əksini tapıb. Məqalələr arasında İraq türkmənlərinin tanınmış ziyalıları və mətbuat orqanları yer alıb.

Məqalələrin hazırlanmasında İraq Türkmən Jurnalistlər Cəmiyyətinin sədri Şəmsəddin Kuzəçinin Regional hüquqi və iqtisadi maarifləndirmə İctimai Birliyinin dəstəyi ilə çap olunan “İraq mətbuat tarixi” kitabından istifadə olunub.

Qeyd edək ki, “Vikipediya” Metodik Mərkəzin könüllüləri Azərbaycanın mətbuat tarixini diqqətlə saxlayırlar. Mərkəzin könüllüləri bu günə qədər “Vikipediya”nın Azərbaycan dili bölməsində 200-dən çox məqalə yaradıb və ya redaktə ediblər.
Bu xəbər oxucular tərəfindən 477 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed