02.10.2012 [12:10] - Güney Azərbaycan xəbərləri
Qaradağın Abış Əhməd kəndi sentyabrın 9-da İran təhlükəsizlik qüvvələrinin hücumuna məruz qalmışdır.Buna səbəb İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) üzvü, keçmiş millət vəkili Fəthipur, SEPAHın yardımı ilə kənd əhalisinin ərazisini qanunsuz şəkildə ələ keçirib və Motalıq İstusuyuna yeni bina tikib. Əhali isə bundan sonra istisudan istifadə etmək üçün ağır məbləğ ödəməli olublar. Bununla barışmayan kənd əhalisi təhlükəsizlik qüvvələrinin hücumuna məruz qalıb və qarşıdurma yaranıb.Qarşıdurma nəticəsində çoxlu soydaşımız yaralanıb. Aşağıda “Təbriz Səsi”-dən əldə etdiyimiz FOTOları izləyə bilərsiniz:
Bu xəbər oxucular tərəfindən 1209 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |