17.03.2020 [14:12] - Xəbərlər, Sağlıq
Kənd Təsərrüfatı Nazirliyi tərəfindən paytaxtda 5 məntəqədə - Yasamal, Binəqədi, Nərimanov və Suraxanı rayonlarında bayram yarmarkaları təşkil olunub. Bir yarmarka isə Abşeron rayonunda fəaliyyət göstərir.
Bunu “Aqrar Tədarük və Təchizat” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Aqil Quliyev martın 17-də Novruz bayramı yarmarkaları keçirilən ərazilərdə aparılan dezinfeksiya işləri ilə bağlı jurnalistlərə müsahibəsində bildirib.
Onun sözlərinə görə, kənd təsərrüfatı yarmarkalarının keçirilməsində əsas məqsəd bayram ərəfəsində şəhər əhalisinin kənd təsərrüfatı məhsullarına artan tələbatının ödənilməsi, eyni zamanda, fermerlərimiz üçün alternativ satış məkanlarının yaradılmasıdır.
ASC sədri yarmarkalarda bir çox regionlardan fermerlərin iştirak etdiyini, hazırda isə 200-ə yaxın fermerin satışa 60-a yaxın məhsul çıxardığını qeyd edib: “Yarmarkalarda fermerlər üçün bütün zəruri şərait yaradılıb. Buna görə də, yarmarkalardakı qiymətlər digər satış məntəqələrindəki qiymətlərdən daha münasibdir. Bundan başqa, “Kənddən şəhərə” mağazaları da fəaliyyət göstərir ki, həmin mağazalarda da vətəndaşlarımız bayram bazarlığı edə bilərlər. Bu mağazalar Bakı şəhərinin Nizami küçəsi və Əhmədli qəsəbəsində yerləşir”.
A.Quliyev diqqətə çatdırıb ki, vətəndaşlar üçün birbaşa onlayn qaydada satış imkanları da mövcuddur. Belə ki, kənddən-şəhərə.az saytı vasitəsilə istədikləri məhsulları onlayn sifariş edə bilərlər. Bu zaman 20 manatdan artıq alış-veriş etdikləri təqdirdə pulsuz çatdırılma da təmin olunacaq.
Yarmarkalarda həyata keçirilən profilaktik tədbirlərdən danışan ASC sədri qeyd edib ki, bu məsələyə xüsusi diqqət yetirilir, satıcılar tibbi ləvazimatlarla, əlcəklə və dezinfeksiya vasitələri ilə təmin olunublar. Bayram günləri müddətində yarmarkalarda heç bir dəyişiklik olmayacaq. Dezinfeksiya işləri hər gün aparılır.
Qeyd edək ki, bayram yarmarkaları Yasamal rayonu, Hüseyn Cavid prospekti ilə Seyfəddin Dağlı küçəsinin kəsişdiyi ərazidə (225 saylı orta məktəbin qarşısı, Space TV-nin yanı), Binəqədi rayonu, Süleyman Sani Axundov 5B ünvanında (İnqilab kinoteatrının yanı), Nərimanov rayonu, metronun “Gənclik” stansiyasının yaxınlığında, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 41A ünvanında və Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Əhməd Mehbalıyev ilə Etibar Bəkirli küçələrinin kəsişdiyi ərazidə (Neftçilər parkının yanı) fəaliyyət göstərir.

Bu xəbər oxucular tərəfindən 365 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |