Şrift:
Cəfərzadə ailəsinin ildönümü mərasimində tutuqlanan fəallar barəsində ETTELAATın raportu
02.10.2012 [12:22] - Güney Azərbaycan xəbərləri
Xoy şəhərinin ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) idarəsi bir neçə gün öncə Cəfərzadə ailəsinin ildönümü mərasimində tutuqlanan fəallar barəsində raport hazırlayıb.
ETTELAAT idarəsinin rəisi Xoy şəhərinin inqilab və ümumi prokurorluğuna (dadsəra) göndərdiyi raportda, mərhum Cəfərzadə ailəsinin vəfatinin ildönümü mərasimində tutuqlanan mədəni fəalları bölücü və pantürkist kimi təqdim edib.

Raportda əlavə olunub ki, “tutuqlanan şəxslər proqram əsasında mərasim gəlib və gəncləri təhrik edərək ümumi asayişi pozmaq kimi niyyətləri olub. Onlar VİDEO və şəkil əldə edib və onları anti-hakimiyyət kütləvi informasiya vasitələrinə göndərmək istəyiblər. Bununlada İslam Cümhuriyyətinin beynəlxalq imicini (vəchə) zəiflətmək və hökuməti insan haqlarını pozmaqda günahlandırmaq kimi məqsədləri olub.”

Xatırladaq ki, bir neçə gün öncə mərhum İbrahim Cəfərzadə, onun həyat yoldaşı Mina Kəhrubayi və azyaşlı övladları Aylanın vəfatinin birinci ildönümü mərasimi keçirildi. Onlar bir il öncə Xoy şəhəri yaxınlığında şübhəli yol qəzasında dünyalarını dəyişiblər. İldönümü mərasiminə gələn 15 nəfərdən çox milli-mədəni fəal ETTELAAT məmurları tərəfindən tutuqlandı. Artıq tutuqlanan azərbaycanlı fəallar azadlığa buraxılıblar.
Bu xəbər oxucular tərəfindən 1382 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed