02.10.2012 [12:56] - Xəbərlər, Siyasət
Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sentyabrın 30-da Ankarada düzənlədiyi fövqəladə qurultay 2 gündür Türkiyə mediasının əsas xəbərləri sırasındadır.
İqtidar partiyasının qurultayı əks düşərgələrdə də ciddi müzakirə edilməkdədir. Onu da deyək ki, nə ölkənin ana müxalifət partiyası CHP, nə də digər əsas müxalifət MHP AKP-nin qurultayına qatılmayıb – CHP tənqidçi medianın salona buraxılmamasına, MHP isə İraq Kürd Yönətiminin başçısı Məsud Bərzaninin toplantıya fəxri qonaq statusunda dəvətinə etiraz edib.
Toplantının ən yaddaqalan məqamlarından biri elə M.Bərzaninin çıxışı zamanı yaşanıb. Kürsüyə qədər Bərzanini “Səninlə qürur duyuruq” şüarı ilə “müşayiət” edən salona Bərzaninin ilk cümləsindən sonra sanki su səpilib. Bərzani kürdcə çıxışına “öz azadlığı uğrunda mücadilə aparan bütün güclərin yanındayıq” cümləsilə başlayıb. Anidən salon sükuta qərq olub. Kürd liderinin ikinci cümləsindən isə bəlli olub ki, söhbət Suriya xalqından gedir.
Türkiyə Böyük Millət Məclisindəki MHP qrupunun başqanı Oqtay Vural mediaya açıqlamasında Bərzaninin AKP-nin fövqəladə qurultayında özəl qonaq olmasına münasibətini belə açıqlayıb: “Qundaqdakı körpələri öldürən, əsgəri, polisi öldürən, dinc insanlarımızı qətl edənlərlə baş nazirimiz necə bir araya gələ bilər? Bir millətin övladlarının səsini alanların keçirdiyi qurultaylarda, əsgərinə, polisinə atəş açanları bəsləyənlərin, Bərzanilərin fəxri qonaq olaraq nə işi var? Yaxında AKP Öcalanı da Mərkəzi İdarəetmə Qurumuna alar”.
Yerli analitiklər, eləcə də ölkənin bir neçə ünlü köşə yazarları isə qurultay haqqında fikirlərini açıqlayarkən toplantının o qədər də ciddi siyasi önəm daşımadığını, Ərdoğanın ölkə vətəndaşını narahat edən suallara cavab vermədiyini önə çəkiblər. Ölkə vətəndaşlarını narahat edən məsələlər sırasında isə terrorla mübarizədən başlayaraq xarici siyasətin fiaskosuna, kürd açılımının ölkədə yaşatdığı problemlərə, hətta enerji və təbii qazın qiymətinin artırılmasına qədər bir sıra ciddi siyasi, iqtisadi problemlər sadalanır.
Rəqibləri AKP-ni olduqca gözəl süslənən toplantı salonuna Atatürkün portretini asmamaqda da qınayıb. Ancaq Ərdoğan çıxışı zamanı bir neçə dəfə “Qazi Mustafa Kamal” ifadəsini işlədib.
Onu da vurğulayaq ki, AKP qurultayına dünyanın bir çox ölkələrinin indiki və keçmiş liderləri qatılıb. Bu sırada Misir prezidenti Məhəmməd Mursi, Qırğızıstan baş naziri Almazbek Atambayev, İrak parlamentinin rəhbəri Üsamə Nuceyfi, İraq prezidentinin müşaviri Tarik Haşimi, Sudan baş nazirinin müavini Əli Osman Məhəmməd Taha, Pakistanın keçmiş baş naziri Yusif Rza Gilani, Bosniya-Hersoqovinanın eks-baş naziri Haris Sladziç, Almaniyanın keçmiş kansleri Herhard Şröder, Həmas lideri Xalid Meşal da olub.
Azərbaycanı isə toplantıda YAP-ın icra katibi Əli Əhmədovun rəhbərlik etdiyi kiçik nümayəndə heyəti təmsil edib.

Bu xəbər oxucular tərəfindən 1268 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |