18.03.2020 [11:09] - Gündəm, Hərb
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən cəbhə bölgəsində səfərdə olan Müdafiə naziri general-polkovnik Zakir Həsənov, Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri, general-polkovnik Məhərrəm Əliyev və nazirliyin digər rəhbər heyətinin ön xətdə yerləşən bir sıra hərbi hissələrə səfəri davam edir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, cəbhə bölgəsində yerləşən hərbi hissələrin şəxsi heyəti ilə görüşlər keçirilib, qərargah binaları, əsgər yataqxanaları, tibb məntəqələri və digər hərbi obyektlər, həmçinin bölmələrin silahlanmasında olan zirehli döyüş texnikası, aviasiya eskadrilyasına və digər hərbi təyinatlı vasitələrə baxış keçirilib.
Görüşlər zamanı yaradılan şəraitlə tanışlıqdan sonra general-polkovnik Zakir Həsənov və general-polkovnik Məhərrəm Əliyev Novruz bayramı münasibətilə Ali Baş Komandanın təbriklərini hərbi qulluqçulara çatdırıblar. Söhbətlər zamanı hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışılıb və bu işlərin bundan sonra da davam etdiriləcəyi diqqətə çatdırılıb. Hərbi qulluqçular və onların ailə üzvləri dövlət tərəfindən göstərilən diqqət və qayğıya görə Ali Baş Komandana minnətdarlıqlarını bildiriblər.
Sonra general-polkovnik Zakir Həsənov və general-polkovnik Məhərrəm Əliyev hərbi hissədə çalışan mülki işçilərlə görüşərək şəxsi heyətin təminatı ilə maraqlanıb, onları bayram münasibətilə təbrik edib, işlərində müvəffəqiyyətlər arzulayıblar.

Bu xəbər oxucular tərəfindən 409 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |