Şrift:
İranda milli valyutanın kəskin devalvasiyası müşahidə olunur
03.10.2012 [10:44] - Güney Azərbaycan xəbərləri, İqtisadiyyat
İranda milli valyutanın əsas xarici valyutalara qarşı rəsmi və «qara bazardakı» məzənnəsi xeyli aşağı düşüb.

İran rialı 15% dəyərdən düşüb, qızılın qiyməti isə 13% bahalaşıb.

Hazırda ölkə daxilində 1 ABŞ dolları 3500, 1 avro isə 4560 tümən məzənnəsi ilə dəyişdirilir, 1 İran sikkəsinin qiyməti isə 1,325 mln. tümənə çatıb. Ümumilikdə, son bir həftə ərzində rialın məzənnəsi 25% düşüb. Ötən həftənin əvvəlində 1 dollar 2 460 rial olub. Halbuki İran hökuməti ötən həftə «məzənnə mərkəzi» yaratdığını və bunun hesabına rialın məzənnəsinin sabitləşdiriləcəyini bəyan edib.
Bu xəbər oxucular tərəfindən 1169 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed