03.10.2012 [10:56] - Gündəm, Türk dünyası-Turan
Mübariz Göyüşlü: “Dünya türklərinin birliyinin yaradılması üçün təşkilatlanmağa ehtiyac var!”
Oktyabrın 2-də “Müasir İnkişaf” İctimai Birliyinin sədri Mübariz Göyüşlü və “Türk Hərəkatı” İctimai Birliyinin sədri Həbib Ələkbərin başçılığı ilə Dünya Türklərinin Həmrəylik Günü münasibətilə “Türk Dünyasının QHT-lər Birliyinin yaradılması” mövzusunda konfrans keçirilib. Tədbirdə Milli QHT Forumunun prezidenti Rauf Zeyni, sabiq millət vəkili Nazim Məmmədov, professor Məhəmməd Teyyubov, Türk Xalqları Assembleyasının vitse-prezidenti Yəhya Yusifzadə və digər QHT-lərdən nümayəndələr iştirak ediblər. Konfransda iştirakçılara MİİB-ın və THİB-ın “Türk Dünyasının QHT-lər Birliyinin yaradılması” haqqında müraciətlər təqdim edilib. Tədbiri giriş sözü ilə açan MİİB sədri Mübariz Göyüşlü deyib: “İlk dəfə Dünya Türklərinin Həmrəylik Gününün hər il qeyd edilməsi 2010-cu ildə türk dövlət başçılarının İstanbul sammitində qərara alınıb. Sammitdə Qazaxıstan, Türkiyə, Azərbaycan və Qırğızıstan dövlət başçıları Həmrəylik Günün keçirilməsini dəstəkləmişdilər. Həmrəylik günün keçirilməsi “Türk Dünyasının QHT-lər Birliyi”nin yaradılmasına kömək olacaq. Biz bu mövzuda tək Azərbaycan və Türkiyədə yox, həmçinin Orta Asiya türk dövlətlərində də müzakirələr aparmışıq. Bu tip tədbirlərin keçirilməsində əsas məqsəd türk dövlətlərində fəaliyyət göstərən QHT-lərin təkliflərini dəyərləndirib “QHT-lər Birliyinin” yaradılmasına nail olmaqdır. Ümumiyyətlə bu işin reallaşması üçün təkcə ya böyük, ya da ki, kiçik QHT-lərin cəhdləri heç bir nəticə verməyəcək. Odur ki, işi reallaşdırmaq üçün Türk Dövlətlərinin Əməkdaşlıq Şurasına müraciət ünvanlamışıq. Yəqin ki, bunun yaxşı nəticəsi olacaq. Dünya türklərinin birliyinin yaradılması üçün təşkilatlanmağa ehtiyacı var!”. Tədbir iştirakçılarını “Dünya Türklərinin Həmrəylik Günü” münasibətilə təbrik edən THİB sədri Həbib Ələkbər: “Məqsədimiz dünya türklərinin mədəniyyətini, tanınmış şəxsiyyətlərini tanıtdırmaq, dünya türklərinin birliyinin yaranmasına nail olmaqdır. “Türk Dünyasının QHT-lər Birliyi”nin yaradılması türk birliyinin yaranmasına əlavə güc verəcək!”. Konfransın sonunda digər iştirakçılar da bütün dünya türklərini bayram münasibətilə təbrik edib, əlavə təkliflər irəli sürdülər.

Bu xəbər oxucular tərəfindən 2809 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |