Şrift:
Azadlığa buraxılan milli fəallar Biləvar kəndində Cəfərzadənin məzarını ziyarət etdilər
03.10.2012 [11:18] - Güney Azərbaycan xəbərləri
Yenicə Xoy şəhərinin zindanından Azadlığa buraxılan milli-mədəni fəallar mərhum Cəfərzadə ailəsinin məzarı üstünə gediblər.Onlar Xoy şəhərinin Biləvar kəndinə gedib, mərhum İbrahim Cəfərzadə, həyat yoldaşı Mina Kəhrubayi və azyaşlı övladları Aylanın ruhlarına fatihə oxuyublar. Azərbaycanlı fəallar həmçinin mərhum İbrahim Cəfərzadənin ata evində olub və onun valideynləri ilə həmdərdlik ediblər.Qeyd edək ki, bir neçə gün öncə mərhum Cəfərzadə ailəsinin ildönümü mərasimi zamanı 15 nəfərdən çox milli-mədəni fəal tutuqlanmışdır. Onlar artıq azadlığa buraxılıblar.
Azadlığa buraxılan milli  fəallar Biləvar kəndində Cəfərzadənin məzarını ziyarət etdilər
Bu xəbər oxucular tərəfindən 1037 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed