03.10.2012 [11:46] - DAVAMın yazıları
XİN: «Bundan sonra Azərbaycan diplomatlarının hərəkət marşrutları, səfərlərinin dəqiq vaxtı, Suriyada səfirliyin fəaliyyətinin bərpası barədə məlumat açıqlanmayacaq»
Savaş Eyilmez: «ASALA Ukrayna torpaqlarında Şimal-Qərbi Ermənistan dövlətinin yaradılmasını da nəzərdə tutur »
Azərbaycan diplomatlarının və rəsmilərinin hərəkət marşrutları, səfərlərinin dəqiq vaxtı bundan sonra açıqlanmayacaq. Bu barədə XİN-in mətbuat katibi Elman Abdullayev mətbuata açıqlama verib. Elman Abdullayevin sözlərinə görə, bu, erməni terror təşkilatları, o cümlədən ASALA tərəfindən Azərbaycan diplomatlarına qarşı hədələr və terror təhdidlərilə bağlıdır.
XİN rəsmisi bildirib ki, Azərbaycanın Suriyadakı səfirliyinin Beyrutda fəaliyyətə başlama tarixinin də açıqlanmayacaq: «Erməni terror təşkilatları tərəfindən diplomatik korpuslarımıza təhdid məktubları göndəriləndən sonra qərara alınıb ki, diplomatlarımızın və rəsmilərin hərəkət marşrutu, səfərləri gizli saxlanılsın. Bununla bağlı açıqlamalar verilməyəcək. Çünki Azərbaycan diplomatları terrorla təhdid olunub. Suriyadakı səfirliyin Beyruta köçürülməsi barədə qərar var. Amma təhlükəsizlik məsələləri ilə bağlı səfirliyin fəaliyyətə başlama tarixi əvvəlcədən açıqlanmayacaq».
Qeyd edək ki, ASALA sentyabrın 3-də də Ramil Səfərovun ekstradisiyası ilə bağlı Azərbaycanın Macarıstandakı səfirliyinə də təhdid məktubu göndərmişdi və səfirliyin bəzi əməkdaşlarının adlarını çəkərək onların öldürüləcəyini bildirmişdi. Bundan bir neçə gün sonra ASALA Azərbaycanın diplomatik missiyalarına növbəti təhdid məktub göndərib. «Nor-Asala» («Yeni Asala») Azərbaycanın diplomatik missiyalarının nümayəndələri və türk diplomatların ünvanlarına hədələyici məktubu Azərbaycanın bir neçə səfirliyinə göndərib. Türk dilində yazılan 6 səhifəlik məktubda guya, İranın dəstəyi ilə Livanda təşkilatın yaradılması barədə məlumat verilir. Məktubun surəti Böyük Britaniyanın «Guardian», Fransanın «Le Mons», Almaniyanın «Spiegel», Rusiyanın «Kommersant», ərəbdilli «əl-Salam», İspaniyanın «El Pais» qəzetinə göndərilib.
Azərbaycanın Xarici İşlər Hazirliyi bəyan edib ki, bu, Azərbaycan və Türkiyəyə qarşı yönəldilmiş açıq terror təhdididir və dünyada terrorizmlə mübarizə aparıldığı və Azərbaycanın bu mübarizədə fəal dövlətlərdən biri olduğu dövrdə dünya ictimaiyyəti mövcud fakta laqeyd yanaşmamalıdır. Erməni terror təşkilatlarının təhdidlərini beynəlxalq ictimaiyyətə meydan oxumaq cəhdi kimi dəyərləndirən XİH ilk gündən səfirlik və konsulluqlarımızın mühafizəsi ilə əlaqədar diplomatik korpusların yerləşdiyi ölkələrin hüquq-mühafizə orqanları ilə iş aparıb.
Milli Təhlükəsizlik Hazirliyi ölkəmizə qarşı bütün mümkün təhlükə və təhdidlərin diqqətlə izlənildiyi, təhlil edildiyi və lazımi preventiv fəaliyyət istiqamətləri üzrə tədbirlər həyata keçirildiyi barədə bəyanat verib.
Türkiyə mətbuatının dünən yaydığı xəbərə görə, ermənilərin yaratdığı «Nor Asala» adlı təşkilatda Yunanıstan, Cənub Kipr, Gürcüstan, Rusiya, Fransa, Livan, İran, Suriya, ABŞ və Belçikadan olan ermənilər təmsil olunurlar.
Türkiyədəki Əsassız Soyqırım İddialarıyla Mübarizə Dərnəyinin (ASİMED) rəhbəri Savaş Eyilmez ermənilərin hələ avqust ayında Livanın Anjar qəsəbəsində «Nor Asala», yəni «Yeni ASALA» adı altında yeni bir terror təşkilatı qurduqlarını elan etdiklərini bildirib. Onun sözlərinə görə, məqsədləri «Yeni Ermənistan» qurmaq olan bu təşkilat hədəflərə çatmaq üçün silahlı və siyasi müstəvidə fəaliyyəti də nəzərdə tutur. «Hor ASALA»nın Türkiyə ilə bağlı hədəfləri sırasında qondlarma soyqırımın tanınması, ərazi iddiası və təzminat kimi tələb açıq ifadə olunur. Hə qədər gözlənilməz olsa da bu terror təşkilatının hədəfləri arasında Ukrayna da var. Belə ki, «Hor ASALA» gələcəkdə Ukraynanın Xarkov, Odessa və Teodosiya bölgəsində Şimal-Qərb Ermənistan dövlətinin qurulmasını hədəf götürür. Savaş Eyilmezin bəyanatına görə, hədəfdə Azərbaycanın səfirlik və ataşeleri də var. Terror təşkilatı terrorçu-kamikadzelər vasitəsilə Türkiyədə və Azərbaycandakı bəzi siyasətçiləri, tarixçiləri və işadamlarını hədəf alacaqlarını da gizlətməyib. Onların sırasında Azərbaycanın dövlət bayrağını təhqir etdiyinə görə erməni zabiti Qurgen Markaryanı öldürən Ramil Səfərov, Hrant Dinki öldürən Yasin Xəyal, Sevak Balıqçını öldürən İftixar Ağaoğlu da var. ASALA bu şəxslərin haqqında ölüm cəzası çıxarıb.
Təşkilat üzvlərinin ermənilərin əleyhinə məqalələrlə çıxış edən media qruplarına qarşı da terror aktları həyata keçirəcəkləri barədə məlumatlar yayılıb. ASİMED rəhbəri Türkiyə ordusuna qarşı qrupların da hazırlandığını bildirib: «Nor ASALA» ASALA-nın varisliyini öz üzərinə götürüb və eyni vasitələrlə eyni məqsədlərə xidmət edir. Hətta erməni terror təşkilatı ilə PKK arasında bir-birini tamamlayan əlaqələr mövcuddur. «Nor ASALA»-nın Azərbaycanı hədəfə almasının bir səbəbi də Cənubi Qafqazda Türkiyəyə qarşı yeni cəbhə açmağa hesablanıb. Biz bu məsələ ilə bağlı Türkiyənin səlahiyyətli qurumlarını və ictimaiyyəti məlumatlandırmaqda davam edəcəyik».
Xatırladaq ki, «Yeni ASALA» azərbaycanlı diplomatları təhdid edən məktubdan bir müddət əvvəl Türkiyəyə qarşı təhdid dolu bəyanatla da çıxış etmişdi. Erməni terrorçular Türkiyənin Suriyaya müdaxiləsini bu ölkədə yaşayan ermənilərin mənafelərinin hədəfə alınması kimi dəyərləndirərək, buna terror aktları ilə qarşılıq verəcəklərini açıqlamışdılar.
Yeri gəlmişkən «Suriya erməniləri» mövzusunu BMT-nin 67-ci sessiyasında çıxışı zamanı Ermənistanın xarici işlər naziri Edvard Halbandyan da qabardıb. Çıxışını Azərbaycana qarşı şantaj üzərində quran erməni nazir mənsub olduğu ölkənin on illərdən bəri Cənubi Qafqaz regionunu barıt çəlləyinə çevirməsindən bir kəlmə də danışmayıb. Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi faktı bir yana, hətta erməni nazir həyasızcasına rəsmi Bakının ünvanına ittihamlar irəli sürüb. Halbandyan Türkiyəni də ittiham edərək Osmanlı dövründə guya ermənilərə qarşı törədilmiş qondarma soyqırımı xatırlatmağı da unutmayıb. Onun sözlərinə görə, bu gün böhranla üzləşən Suriyanın əhalisinin bir qismi o dövrdə «soyqırımdan qaçmış» ermənilər təşkil edirlər. Halbandyan bildirib ki, Türkiyənin və Azərbaycanın blokadanı davam etdirməkdə məqsədi «Ermənistanı sonuncu erməninin də tərk etməsinə nail olmaqdır».
Bu arada «New York Times» qəzeti Azərbaycanın diplomatik korpuslarını hədəfə alan ermənilərin iç üzünü açan məqalə dərc edib. Məqalədə erməni terror təşkilatının bağlantıları ortaya qoyulub. «Əsəd Türkiyəyə qarşı ermənilərdən istifadə edir» başlıqlı məqalədə erməni terror təşkilatının arxasında BƏƏS rejiminin dayanması faktı ortaya çıxır. Bağlantıların dolayısı ilə bu rejimə dəstək verən İrana gedib çıxması da mümkündür. Hecə ki, Bəşər Əsədin Türkiyə əleyhinə istiqamətləndirdiyi PKK terrorçularının üzərindən İran kimlikləri çıxır…
Suriyalı ermənilərdən biri «New York Times»ə bildirib ki, Əsəd rejimi Türkiyə əleyhinə fəaliyyət göstərmək üçün silahlı erməni qrupu formalaşdırır. Qəzetin qənaətincə, məqsəd üsyançıları dəstəkləyən Ankaraya «cavab verməkdir».
Xəbərdə Suriyadakı azlıqların, xüsusilə ermənilərin Əsəd rejiminin yanında dayandıqları faktı diqqətə çatdırılır. Adının Gano olduğunu söyləyən Suriya ermənisi qəzetə deyib ki, Əsəd rejimi onları təşkil etməklə yanaşı hər cür silahlandırır. Lakin erməni Gano silahlı qruplaşmaya daxil olmaq istəmədiyini və Suriya tərk etmək niyyətində olduğunu bildirib.
Türkiyənin xarici işlər nazirinin müşaviri, Türkiyə Strateji Araşdırmalar Mərkəzinin direktoru Bülent Aras bildirib ki, Əsədin öz xalqını qırdığı bir halda Suriyadakı hadisələrə və ya Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsinə Ankara biganə qala bilməz: «Əlbəttə, bu ədalətsizlikləri görüb susa bilmərik. Lakin eyni zamanda biz bundan sonra da öz qonşularımızla münasibətlərin inkişafı üçün öz səylərimizi davam etdirəcəyik».
Bülənt Aras Ermənistanın xarici işlər naziri Edvard Halbandyanın BMT tribunasından Türkiyə və Azərbaycanı ölkəsinə qarşı blokadanı davam etdirməkdə həyasızcasına ittihamlamlamasına da münasibət bildirib. O deyib ki, uzunmüddətli perspektivdə Ermənistanla sərhədlərin açılması Türkiyənin maraqlarına daxildir: «Lakin biz ermənilərə dəfələrlə bildirmişik ki, buna yalnız Qarabağ probleminin həllindən sonra getməyə hazırıq. Bu xoş niyyətimizə rəğmən, biz Ermənistan tərəfindən Türkiyə və Azərbaycana qarşı xoşməramlı bir jest görmədik. Əksinə, biz onun Dağlıq Qarabağ məsələsində mövqeyinin sərtləşdiyini görürük. Bu halda məntiqli sual yaranır — biz nə üçün Ermənistanla sərhədləri açmalıyıq? Odur ki, bu məsələdə hər şey Ermənistanın mövqeyindən asılıdır. Azərbaycanın ərazi bütövlüyü bərpa olunmayanadək erməni-türk protokollarının təsdiq olunmayacağına heç bir şübhə yoxdur. Ermənistanın Azərbaycan torpaqlarını qəsb etməsi — yolverilməz ədalətsizlikdir və bunu aradan qaldırmaq lazımdır.
Biz bilirik ki, 2015-ci ildə qondarma erməni soyqırımının yüz illiyi ilə əlaqədar erməni lobbisi bu məsələdən fəal şəkildə manipulyasiya etmək və Türkiyəyə təzyiq göstərmək niyyətindədir. Lakin mən bu manipulyasiyalarda heç bir perspektiv görmürəm, çünki heç kim Ermənistana görə Türkiyə ilə münasibətlərini korlamaq istəməz. Əlbəttə ki, ermənilər bizim üçün bir sıra problemlər yaradacaqlar, lakin heç bir nəticə əldə edə bilməyəcəklər. Düşünürəm ki, bu səbəbdən Türkiyə və Azərbaycan öz gücünü səfərbər etməli və erməni lobbisinə qarşı müqavimət üzrə ümumi strategiya hazırlamalıdır. Bu məsələdə həmçinin bizim ölkələrin diasporları da fəal şəkildə işləməlidirlər».
Cavanşir Həsənli

Bu xəbər oxucular tərəfindən 1139 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |