21.03.2020 [14:54] - Xəbərlər, Siyasət, Siyasi partiyalar, Dərbənd
BƏYƏNAT
Azərbaycanın qədim şəhəri olan Dərbəndin azərbaycanlılar yaşayan hissəsinin hərraca çıxarılaraq satılacağı xəbəri yerli əhali arasında ciddi etiraz və qarşıdurmaya səbəb olub.
Milli Dirçəliş Hərəkatı Partiyasının Dərbənd Departamenti olaraq bildiririk ki, bu xəbər bizdə ciddi narahatlıq yaradır. Bəyan edirik ki, Dərbənd şəhərinin qədim əhalisi olan azərbaycanlılara məxsus ərazilərin onların əlindən alınması yolverilməzdir. Həm də bu ərazilərin tarixi və turistik ərazilər olması məsələnin ciddiliyini daha da artırmış olur. Bu bir xalqın tarixinə və mədəniyyətinə qarşı olan təxribatdır və Rusiya dövləti bundan çəkinməlidir.
Biz Azərbaycan xalqını və dövlətini bu məsələyə biganə qalmamağa çağırırıq. Dərbənd əhalisi Azərbaycan xalqının bir parçası olduğu kimi, Dəmir Qapı Dərbənd həm da Azərbaycan tarixinin və mədəniyyətinin əhəmiyyətli bir hissəsidir. Ona görə də biz MDHP Dərbənd Departamenti olaraq soydaşlarımıza hər cür dəstək olacağımızı bəyan edir və hesab edirik ki, Azərbaycanın Rusiyadakı Səfirliyi yaranmış problemlə yaxından maraqlanmalı, müvafiq dövlət qurumları ilə müzakirələr apararaq soydaşlarımıza Azərbaycan dövlətinin rəsmi dəstəyini ortaya qoymalıdır.
Xalq kimi soydaşlarımıza dəstək olaq!
Bu xəbər oxucular tərəfindən 44730 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |