22.03.2020 [10:21] - Xəbərlər, Sağlıq
Türkiyədə yerli vaxtla saat 21:00-da yeni növ koronavirusa (COVID-19) qarşı fədakarcasına mübarizə aparan tibb işçilərinə dəstək məqsədilə martın 21-da üçüncü dəfə ölkə üzrə alqışlama aksiyası keçirilib.
Prezident Rəcəb Tayyib Ərdoğan və xanımı da evlərinin eyvanına çıxaraq tibb işçilərini alqışlayıblar. Ölkənin siyasi simaları, tanınmış şəxslər aksiyaya qoşulmaqla çağırışa dəstək veriblər.
Bu nəcib aksiya Türkiyənin Səhiyyə naziri Fahrettin Kocanın çağırışı əsasında keçirilir. Ölkənin hər yerində vətəndaşlar tibb işçilərinə minnətdarlıqlarını alqışlarla ifadə edirlər.
Qeyd edək ki, COVID-19 infeksiyasının yayılmasına qarşı mübarizədə Türkiyə ən qabaqcıl ölkələrdəndir. Türkiyə hökuməti virusdan qorunmaq üçün ciddi izolyasiya tədbirlərinin günbəgün sərtləşdirir. Martın 22-də yerli vaxtla saat 00.00-dan etibarən yaşı 65 və daha yuxarı olan vətəndaşların, xroniki xəstəlikləri olan şəxslərin evlərindən çıxmasına müvəqqəti qadağa qoyulub. Bu kataqoriyadan olan insanların alış-verişi və zəruri ehtiyacı valiliklər tərəfindən tənzimlənəcək.
Marın 21-nə olan məlumata görə, Türkiyədə yeni növ koronavirusadan 9 nəfər ölüb, 670 nəfərdə yoluxma qeydə alınıb. Paytaxt Ankara daxil olmaqla, ölkənin əksər böyük şəhərlərindəki tələbə yataqxanalarında çox sayda insan karantində saxlanılır.

Bu xəbər oxucular tərəfindən 397 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |