Şrift:
Əfqanıstanda polis bölməsinə hücum edilib, onlarla ölən var
22.03.2020 [10:58] - Gündəm, Hadisə
"Taliban" hərəkatı silahlıları Əfqanıstanın Zabul əyalətində polis bölməsinə hücum edib.



“Anadolu” agentliyinin yaydığı məlumata görə, hücum nəticəsində təhlükəsizlik qüvvələrinin 20-dən çox əməkdaşı həlak olub.



Qubernator administrasiyasının mətbuat katibi Gül İslam Siyal "Anadolu" agentliyinə bildirib ki, hücumu təhlükəsizlik qüvvələri sıralarına girmiş altı “talibançı” təşkil edib.



“Təhlükəsizlik qüvvələri ciddi itkilərə məruz qalıb, amma dəqiq say hələlik məlum deyil”, - o deyib.



Eyni zamanda yerli şuranın sədri Ata Can Hakbayan da təsdiq edib ki, hücum nəticəsində təhlükəsizlik qüvvələrinin 20-dən çox əməkdaşı həlak olub.



Onun sözlərinə görə, “talib”lər hücumdan sonra polis bölməsindən silah ələ keçirərək qaçıblar.



"Taliban" hadisəni şərh etməyib.
Bu xəbər oxucular tərəfindən 491 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed