22.03.2020 [11:36] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Güney Azərbaycanın Şərqi Azərbaycan əyalətində daha 57 nəfərin koronavirusa yoluxduğu təsdiqlənib.
Bu barədə Təbriz Tibb Universitetinin mətbuat katibi Cəmaləddin Hüseyni Əqdəm məlumat verib.
Hüseyni Əqdəm “Səhənd” telekanalına verdiyi müsahibədə əyalətdə infeksiyaya yoluxanların sayının 813 nəfərə çatdığını deyib.
O, keçən gün daha beş nəfərin koronavirus infeksiyasından öldüyünü və beləliklə əyalətdə qurbanların sayının 77 nəfərə çatdığını bildirib.
Tibb Universitetinin mətbuat katibi koronavirusa yoluxanların sayının son günlərdə sürətlə artdığını vurğulayaraq tibbi tövsiyələrə əməl edilmədiyi təqdirdə bu artışın davam edəcəyini söylədi.
O, özəlliklə vətəndaşların ciddi şəkildə “evdə qal” şüarına əməl etmələrini istədi.
İranda koronavirusa yoluxma faktı ilk dəfə Qum şəhərində qeydə alındıqdan sonra hökumət şəhəri karantinə almağa qarşı çıxaraq virusun bütün ölkəyə, o cümlədən Güney Azərbaycana yayılmasına, yüzlərcə insanın qurban olmasına yol verdi.

Bu xəbər oxucular tərəfindən 295 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |