Şrift:
İranda “Ararat şirləri” Azərbaycana qarşı təxribatlara hazırlaşır
03.10.2012 [15:54] - Güney Azərbaycan xəbərləri
İranla Ermənistan arasında dostluq və qardaşlıq münasibətləri günü gündən genişlənir.

Bu münasibətlər sayəsində çətin iqtisadi-siyasi durumda olan Ermənistan güclənir. İran rejimi Azərbaycanı «din qardaşı» adlandırsa da, Ermənistanla «qan qardaşı» kimi münasibət qurmaqdadır. Bu münasibətlər artıq yeni müstəviyə keçi və bu heç də Azərbaycanın xeyrinə deyil.

Gunxeber.com bu günlərdə Güney Azərbaycanda yaşayan soydaşlarımızdan olduqca ilginc məlumatlar əldə edib.

Həmin xəbərlərə görə, Urmiyə vilayətində kürdlər və ermənilər bir araya gələrək Azərbaycan türklərinə qarşı «Ararat şirləri» adlı yeni informasiya mərkəzi yaradıblar. Bu azmış kimi, Güney Azərbaycanın Xoy və Makı, Türkiyənin Ağrı və İqdır, Ermənistanın Vedi və Artaşat şəhərlərində bu təşkilatın bölgəsəl nümayəndəlikləri yaradılıb. «Ararat şirləri» təşkilatının telefonu +374-91-436301, email ünvanı isə sere.ararat@gmail.com-dur.

Məlumata görə, bu təşkilat ölkəmizə və millətimizə qarşı təxribatlara hazırlaşır.

Xatırladaq ki, bu, Azərbaycan türklərinə qarşı yaradılmış ilk təşkilat deyil. Kürdlər və ermənilər 1914-cü ildə də belə bir ittifaq yaradaraq Güney Azərbaycanın Urmiyə vilayətində Azərbaycan türklərinə qarşı soyqırım siyasəti aparıblar. Həmin dövrdə Rusiya, Fransa və İngiltərə konsulluqları onları silahla təmin edib və maliyyələşdiriblər.
Bu xəbər oxucular tərəfindən 891 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed