Şrift:
Gürcüstanın iki bölgəsində karantin elan olunub
23.03.2020 [09:48] - Gündəm, Borçalı
Gürcüstan hökuməti Kvemo Kartli bölgəsinin Bolnisi və Marneuli bələdiyyələrinin ərazisində karantin rejimi tətbiq edib.

Bunu Gürcüstanın Baş Naziri Giorgi Qaxaria gecə saatlarında keçirdiyi brifinqdə bəyan edib.

Bildirib ki, bu gündən etibarən Marneuli və Bolnisi bələdiyyələrinə giriş-çıxış məhdudlaşdırılacaq, bütün ictimai-iaşə müəssisələri bağlanacaq, yalnız aptek və xəstəxanalar, ərzaq mağazaları və digər vacib infrastruktur obyektləri fəaliyyət göstərəcək.

Karantin koronavirusun mümkün yayılmasının qarşısının alınması məqsədilə elan edilib. Qeyd olunub ki, həmin bölgələrdə koronavirusa yoluxma halları müşahidə olunub.

Karantinə ölkənin Daxili İşlər Nazirliyi nəzarət edəcək.
Bu xəbər oxucular tərəfindən 4406 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed