Şrift:
İran uranın 60 faizədək zənginləşdirəcəyini bildirib
03.10.2012 [16:01] - Güney Azərbaycan xəbərləri
Əgər İran və 5+1 ölkələri arasındakı müzakirələr nəticəsiz olarsa, İran uranı 50-60 faizə qədər zənginləşdirmək üçün işlər görə bilər.

Bunu İran parlamentinin Xarici siyasət və milli təhlükəsizlik komissiyasının sədr müavini Mənsur Həqiqətpur deyib.Bu barədə İSNA agentliyi xəbər verir.

Həqiqətpur bildirib ki, hazırda Qərb ölkələri İranla uranın 5 və ya 20 faizlik zənginləşdirilməsi məsələsini müzakirə edirlər, "lakin əgər İranın nüvə proqramı məsələsini bir ilə bağlamasalar, biz uranın 50 faiz zənginləşdirilməsinə başlaya bilərik".

İran və 5+1 ölkələri arasındakı danışıqların sonuncu raundu iyul (July) ayında Moskvada keçirilib. Həmin görüşdə razılaşdırılıb ki, İran və 5+1 ölkələrinin ekspertləri (karşünas) bir-biriləri ilə görüşlər keçirsin və tərəfləri maraqlandıran məsələləri müzakirə etsinlər. Bundan sonra hər iki tərəfin ekspertləri İstanbulda görüşlər keçiriblər.

Sonuncu dəfə İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Səid Cəlili sentyabrın (September) ortalarında Türkiyədə Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eştonla görüşüb. Görüşün sonunda Ketrin Eştonun görüşün nəticəsini "altılıq"la dəyərləndirməsi qərara alınıb.

Bu səbəbdən Moskva görüşündən sonra mütəxəssislər və müavinlər səviyyəsində aparılan danışıqlardakı ortaq nöqtələr birləşdirilərək gələcək müzakirələr üçün çərçivə müəyyənləşdirilib.
Bu xəbər oxucular tərəfindən 828 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed