03.10.2012 [16:17] - Xəbərlər, Sosial
Moskvadakı hərbi-diplomatik mənbə: “Bizim təklif etdiyimiz kompromis variant qəbul edilmədi, çox güman ki, stansiyanı tərk edəcəyik”
Azərbaycan tərəfi Rusiyanın Qəbələ RLS-ə dair “kompromis təklifini” rədd edib. Bu barədə dünən “İnterfaks” agentliyi Moskvadakı hərbi-diplomatik mənbəyə istinadən xəbər yayıb. Xatırladaq ki, bir neçə gün əvvəl “RİA Novosti” Rusiya Müdafiə Nazirliyindəki mənbələrə istinadən Qəbələ RLS-ə dair Azərbaycan tərəfinə “kompromis variant” təklif olunduğunu, bu barədə müzakirələr getdiyini bildirib.
Həmin kompromis varianta görə Rusiya stansiyanı 2-3 il ərzində indiki şərtlərlə icarədə saxlamağa hazırdır, həmin dövrdə RLS-in uzunmüddətli icarəsinə dair yeni müqavilə şərtlərinə dair danışıqları davam etdirmək nəzərdə tutulurdu. Azərbaycan tərəfi bu ilin fevralında Qəbələ RLS-in icarəsinə görə illik icarə haqqını 15 milyondan 300 milyon dollara qaldırmaq şərtini irəli sürüb. Həmçinin stansiyanın uzunmüddətli icarəsinə dair Rusiyanın şərtinə razılıq verməyib. Nəticədə danışıqlar dalana dirənib. Prezident Putin öz emissarlarını dalbadal Bakıya göndərsə də tərəflər anlaşma əldə etməyib. Stansiyanın icarə müddəti dekabrda bitir.
“Rusiya tərəfinin Qəbələ RLS-in icarəsinə dair müqavilənin müddətini indiki şərtlərlə 2-3 il uzatmaq barədə kompromis təklifi Bakıda qəbul olunmayıb. Böyük ehtimalla heç bir razılaşma imzalamaq mümkün olmayacaq və Rusiya stansiyanın icarəsindən imtina edəcək” deyə mənbə “İnterfaks”a bildirib. Mənbə onu da deyib ki, Rusiya stansiyanın icarəsindən imtina edəcəyi halda oradakı döyüş heyətini təcili qaydada çıxarmaq və Krasnodar vilayətindəki yeni Armavir RLS-də yerləşdirmək üçün plan hazırdır. “İstisna deyil ki, hazırda təcrübə-sınaq növbəsində olan Armavir RLS ilin sonuna qədər Qəbələ RLS-in məsuliyyət zonasını izləməyə hazır olacaq” deyə mənbə əlavə edib. Xəbərdə deyilir ki, Rusiya hərbçiləri Azərbaycanın irəli sürdüyü 300 milyon dollar şərtini qəbuledilməz sayır və bildirirlər ki, bu qiymətə iki yeni RLS quraşdırmaq olar. “Yaranmış vəziyyətdə Rusiya tərəfinin Qəbələ RLS-i tərk etməkdən başqa yolu qalmır” deyə Moskvadakı mənbə bildirib.
Siyasət şöbəsi

Bu xəbər oxucular tərəfindən 1172 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |