26.10.2011 [17:57] - Diaspor
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Sankt-Peterburq Azərbaycanlıları Cəmiyyətinin nümayəndələri görüşüb.
APA-nın Rusiya müxbirinin verdiyi məlumata görə, görüşdə Sankt-Peterburqdakı diaspora təşkilatının rəhbəri, Smolnı Universitetinin rektoru, professor Heydər İmanov çıxış edib. H. İmanov Sankt-Peterburqdakı Azərbaycan diasporasına verdiyi dəstəyə görə səfirə təşəkkürünü bildirib: “Biz konsulluğumuz və səfirliyimiz ətrafında sıx birləşmişik”.
P. Bülbüloğlu isə diaspora üzvləri ilə görüşdən şad olduğunu söyləyib: “Bu gün Sankt-Peterburqda diasporamızla bağlı maraqlı proseslər baş verir. Sant-Peterburq Azərbaycanlıları Cəmiyyətinin yaranması mühüm hadisədir. Ona görə də qərara gəldim ki, sizinlə görüşüm. Hazırda bəzi problemlər var. Bütün problemləri birdən-birə həll etmək olmur. Problemlər tədricən həllini tapacaq. Biz yeni bir cəmiyyətin yaranmasının əleyhinə deyilik. Dünya Azərbaycanlılarının III qurultayında prezident İlham Əliyev bir çox ölkələrdə diaspora qurumları arasında razılığın olmamasını xüsusi vurğuladı. Bu gün dünyada bütün diaspora qurumları arasında problem var. Lakin söhbət milli maraqlardan gedəndə həmin problem aradan qalxır, onlar birləşirlər. Bizdə isə təəssüf ki, belə deyil. Bizi narahat edən də elə bu məsələdir. Bizim diaspora vahid ideya ətrafında birləşə bilmir”.
P. Bülbüloğlu Rusiyada parlament və prezident seçkilərinin yaxınlaşdığını vurğulayıb. O, bu prosesdə Rusiya vətəndaşları olan azərbaycanlıların böyük rol oynaya biləcəyini söyləyib: “Rusiyada deputatlığa namizədlər azərbaycanlıların səslərini önəmli sayır. Lakin təəssüf ki, Rusiya Dövlət Dumasında azərbaycanlı deputat yoxdur. Rusiya azərbaycanlılarının Dövlət Dumasında təmsil olunması diasporamızın fəaliyyətindən asılı olan bir məsələdir. Əgər diaspora strukturlaşsa, onlar bir-birilərinə kömək etsələr, bu problem olmaz. Diaspora deputatlarla münasibət qurmalıdır. Bu, diasporanın işidir ”.
Səfir bu ilin sonuna kimi Ümumrusiya Azərbaycanlıları Konqresinin qurultayının keçiriləcəyini və struktur dəyişikliyinin olacağını bəyan edib: “Bu qurumun fəaliyyətini gücləndirmək lazımdır. Diaspora probleminin inzibati həlli yolu yoxdur. Heç kəsə demək olmaz ki, gedib dost olsunlar. Səfirlik diasporanın fəaliyyətinə müdaxilə edə bilməz. Çünki diaspora üzvləri bizim ölkənin vətəndaşları deyillər. Biz səfirlik olaraq bu prosesləri yaxından izləyirik və mövcud problemlərin həllinə kömək edə bilərik”.

Bu xəbər oxucular tərəfindən 1403 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |