Şrift:
Qırğız türklərinin milli oyanışı davam edir.
03.10.2012 [16:38] - Türk dünyası-Turan
Aksiyaçılar “Kumtor” qızıl yatağının milliləşdirilməsini istəyirlər

Bişkekdə böyük etiraz aksiyası keçirilir. Aksiya iştirakçıları hökumət evinə hücum etməyə çalışırlar. Verilən məlumata görə, parlament və prezident aparatının yerləşdiyi hökumət evinin həyətinə artıq onlarla etirazçı daxil ola bilib.

Onlar birbaşa binanın içərisinə daxil olmağa çalışırlar. 500 dən artıq aksiyaçının isə şəhərin mərkəzi meydanında toplaşdığı deyilir. Aksiyaçıların tələbi isə, Kanada ilə müştərək fəaliyyət göstərən “Kumtor” qızıl yatağının milliləşdirilməsidir.

Sadiq Musa
Bu xəbər oxucular tərəfindən 1204 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed