24.03.2020 [19:24] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranda koronavirusdan ölənlərin və infeksiyaya yoluxanların sayı gündən-günə artır.
İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur martın 24-də mediaya açıqlamasında ölkədə koronavirus qurbanlarının ötən bir sutka ərzindəki yeni statistikasını yayıb.
Cahanpur deyib ki, ötən bir sutka ərzində İran laboratoriyalarında daha 1762 nəfərin “Covid-19” virusuna yoluxduğu aşkarlanaraq qeydə alınıb: “Təəssüflər olsun ki, dünən günorta saatlarından bu günə qədər ölkənin müxtəlif şəhər və əyalətlərində daha 122 nəfər koronavirusdan ölüb. Bununla da bu günə qədər ölkədə koronavirusdan ölənlərin ümumi sayı 1934 nəfərə, infeksiyaya yoluxanların ümumi sayı isə 24 min 811 nəfərə yüksəlib.
Xoşbəxtlikdən, bu günə qədər koronavirus infeksiyasından sağalıb xəstəxanalardan evə buraxılanların sayı da artaraq, 8931 nəfərə çatıb” -deyə, İranın Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur əlavə edib.
Qeyd edək ki, Kiyanuş Cahanpur ölkədə bu günə qədər koronavirusa yoluxanların sayının 24811 nəfərə, xəstəlikdən ölənlərin sayının isə 1934 nəfərə yüksəldiyini bildirsə də, İranın tibb mərkəzlərində çalışan müstəqil mənbələr, virusdan ölənlərin və ona yoluxanların sayının rəsmi tribunalardan elan edilən rəqəmlərdən ən azı 5 dəfə çox olduğunu bildirirlər.

Bu xəbər oxucular tərəfindən 305 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |