Şrift:
Tehranda iki avropalı həbs edilib
04.10.2012 [11:07] - Güney Azərbaycan xəbərləri
Tehranda bir neçə nəfər bazarda baş vermiş qarşıdurmalarda iştirak ittihamı ilə həbs edilib.

Bu barədə Mehr agentliyi məlumat verir.Həbs olunanlar arasında Avropa ölkələrinin iki vətəndaşı da var. Onlar özlərini turist kimi təqdim ediblər, lakin baş verən qarşıdurmanın fotoşəklini çəkiblər.İranın valyuta bazarlarında dolların məzənnəsində baş verən tərəddüdlər və rialın məzənnəsinin aşağı düşməsindən sonra Tehranın küçə və bazarlarında adamlar toplaşmağa başlayıblar. Onlar maşınların təkərlərini yandırıb və hökumət əleyhinə şüarlar səsləndiriblər.Müxalifyönlü Kalemeh saytı yazır ki, küçələrə çıxan etirazçılar İmam Xomeyni meydanına getməyi planlaşdırırlar. Bu xəbər təsdiqlənməyib.Mehr agentliyinin məlumatına görə, yerli ticarətçilər öz bizneslərini izdihamdan qorumaq üçün mağazalarını bağlayıblar.Çərşənbə günü İran Prezidenti Mahmud Əhmədinejadın mətbuat konfransından sonra ölkə bazarında dolların qiyməti qalxıb. Bu barədə çərşənbə günü ILNA xəbər verib.Mətbuat konfransından sonra dolların qiyməti artaraq 36 200 riala çatıb.İranın açıq bazarlarında dolların qiyməti 3000 rial artaraq bir dollar üçün 36200 rial olub.
Bu xəbər oxucular tərəfindən 839 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed