Şrift:
Güney Azərbaycanın Muğan bölgəsində xəstəxanalar koronavirus xəstələrini qəbul etməkdən imtina edir
30.03.2020 [09:45] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Güney Azərbaycanın Muğan (Parsabad) rayonunun xəstəxanaları və səhiyyə mərkəzləri koronavirus infeksiyasına yoluxanları qəbul etməkdən imtina edir.



Yerli informasiya vasitələrinin verdiyi xəbərlərə görə, keçən həftədən etibarən Parsabadda koronavirusa yoluxanların xəstəxanaya yerləşdirilməməsi ilə bağlı müvafiq əmr verilib.



Məlumata əsasən, səhiyyə mərkəzlərinə və xəstəxanalara müraciət edənlərə, koronavirusa yoluxmaları təsdiqləndiyi halda resept yazılır və ev şəraitində karantin rejimində müalicə olunmaları vurğulanır.

Qeyri-insani və tibbi dəyərlərə zidd olan bu qərara səbəb kimi xəstəxanalarda tibbi avadanlıq çatışmazlığı və çarpayıların məhdud olması göstərilir.



Bu bir haldadır ki, İran Prezidenti Həsən Ruhani daha öncə ölkə xəstəxanalarında tibbi avadanlıq və çarpayı çatışmazlığının mövcud olmadığını iddia etmişdir.





Ötən gün, Şərqi Azərbaycanın Sarab şəhərinin İran parlamentindəki millət vəkili Yusif Davudi koronavirus infeksiyası ilə mübarizədə ayrı-seçkiliyə yol verildiyini bildirərək, hökumətin Azərbaycana kifayət qədər büdcə vəsaiti və tibbi imkanların ayırmadığını kəskin tənqid etmişdi. Davudinin sözlərinə görə, bu ayrı-seçkilik səbəb olub ki, Şərqi Azərbaycan xəstəxanaları tibbi xidmət üçün lazımi imkanların əldə edilməsində problemlə üzləşsin.
Bu xəbər oxucular tərəfindən 273 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed