05.10.2012 [11:04] - Güney Azərbaycan xəbərləri
Oktyabrın 4-də Tehran prokurorluğu bəyanat yayaraq ölkədə yaranmış valyuta qalmaqalı ilə bağlı 16 nəfərin tutulduğunu bildirib.Bəyanatda tutulanların kimliyi açıqlanmasa da, onların bank şəbəkəsi xaricində iri miqyasda valyuta alış-verişi ilə məşğul olmaqda, valyuta qaçaqmalçılığında, valyuta bazarının fəaliyyətinə xələl gətirməkdə, ictimai asayişi pozmaqda və qanunsuz yollarla var-dövlət əldə etməkdə günahlandırıldığı bildirilir.
Bəyanatda valyuta bazarında təxribat törətdiyi üçün daha bir neçə nəfərin axtarışda olduğu vurğulanır.
Oktyabrın 1-dən bəri İran rialının məzənnəsi ABŞ dollarına nisbətən 30 faiz düşüb. ABŞ dollarının məzənnəsinin qalxması İranda ərzaq məhsulları və digər malların bahalaşmasına səbəb olub.
Xatırladaq ki İran rəsmisi tutulanlarını 16 nəfər olduğunu bildirsədə şahidlərin dediyinə görə son aksiyada 160 nəfərin həbs olunduğu bildirilir.

Bu xəbər oxucular tərəfindən 967 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |