Şrift:
UEFA Türkiyənin “Başakşəhər” klubunu cərimələyib
01.04.2020 [10:25] - Gündəm, İdman
UEFA Türkiyənin “Başakşəhər” klubunu 1500 avro məbləğində cərimələyib.

İstanbul təmsilçisinin azarkeşlərinin Avropa Liqasının səkkizdəbir final mərhələsində Danimarkanın “Kopenhagen” klubu ilə ilk oyunda pirotexniki vasitələrdən istifadəsi buna səbəb olub. Cərimə qərar kluba daxil olduqdan sonra 90 gün ərzində ödənməlidir.

Qeyd edək ki, martın 12-də Türkiyədə keçirilmiş matç “Başakşəhər”in minimal hesablı qələbəsi ilə yekunlaşıb. Cavab görüşü koronavirus pandemiyası ilə əlaqədar təxirə salınıb və matçın nə vaxt keçiriləcəyi məlum deyil.
Bu xəbər oxucular tərəfindən 725 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed