05.10.2012 [11:04] - Sosial
Şagirdlərə müəllimlərini təbrik etmək 15-50 manata başa gəlir; nazirlikdən isə dedilər ki, bu, araşdırılacaq
Oktyabrın 5-i Beynəlxalq Müəllimlər Günüdür. Hər il həmin gün yaxınlaşdıqda Azərbaycan məktəblərində müəllimləri təbrik etmək üçün şagirdlərdən pul yığılır. Bu il də bir çox məktəblərdə həmin “ənənə” davam etdirilir. Redaksiyamıza daxil olan çoxsaylı şikayətlər onu göstərir ki, paytaxt məktəblərində şagirdlərdən məcburi şəkildə müəllimlər günü üçün pul yığılır.
Bakıdakı təhsil ocaqlarında şagirdlərdən 15-50 manat arası pul yığılır. Məsələn, Xətai rayonunda yerləşən əksər məktəblərdə şagirdlərdən 20-25 manat pul yığılıb. Rayon məktəblərində sinif rəhbəri üçün 15-20, digər müəllimləri təbrik etmək üçün isə 5-10 manatdan pul yığılır. Nizami rayonunda isə bu məbləğ 25-30 manatdır. Binəqədi rayonunun əksər məktəblərində müəllimlər günü üçün təyin olunan məbləğ 25 manat təşkil edir. Səbayel rayonundakı məktəblərdə isə qiymətlər 50 manata qədər yüksəlir. Həmçinin Nəsimi rayonunda oktyabrın 5-i üçün şagirdlərdən 30 manatdan pul yığılır.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Zəminə Əlizıqı isə bununla bağlı danışmaq istəmədiyini bildirib. “Bütün həmkarlarımdan, mətbuat nümayəndələrindən rica edirəm, müəllimlərimizin bayramında belə məsələlərə toxunmasınlar.
Mən sizə bir faktı deyim. Bu gün 28 nömrəli məktəbdə 23 yaşında coğrafiya müəllimi var. Bu il imtahan verib, işə daxil olub. O səhər dərsini deyir, sonra isə fəhləlik edir. Ayın 5-i o müəllimin bayramıdır, bütün müəllimlərin bayramıdır. Heç kim kimisə nəyəsə məcbur edə bilməz. Heç bir məktəb valideyndən məcburi pul almır. Heç kim silahı kiminsə başına tutub zorla pul istəmir. Əgər kimsə könüllü şəkildə öz müəllimini təbrik etmək istəyirsə, eləsin. Bunu mətbuat şouya çevirməsin. Bu, müəllimlərimizin bayramıdır. Onlar əllərindən öpülməyə layiqdirlər",- deyə o, “modern.az”a açıqlamasında qeyd edib.
Z.Əliqızı açıqlamasında isə deyib ki, müəllimlər günü ölkədə sadəcə şagirdindən, tələbəsindən bircə zəng gözləyən yüzlərlə vicdanlı müəllim var: “Ölkədə o qədər vicdanlı, yaxşı müəllim var ki. Bunlardan yazmaq lazımdır”. Qeyd edək ki, dünyanın yüzdən çox ölkəsində oktyabrın 5-i müəllimlərin peşə bayramı günü kimi qeyd edilir.
Təhsil Nazirliyindən isə verilən açıqlamaya görə, müəllim günü ilə bağlı məktəblərdə pul yığılması araşdırılacaq.
R.RƏFİYEVA

Bu xəbər oxucular tərəfindən 1433 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |