Şrift:
İran parlamentinin deputatı Əmir Xəcəstə koronavirusa yoluxub
01.04.2020 [10:53] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İran parlamentinin Həmədan və Famenin şəhərlərindən seçilmiş deputatı Əmir Xocəstə koronavirusa yoluxub.



Bu barədə, “Sepah” terror təşkilatına bağlı “Fars” agentliyi martın 31-də məlumat yayıb.



Məlumatda bildirilir ki, Əmir Xocəstə “Covid-19” virusuna yoluxduğu üçün hazırda Tehran xəstəxanalarından birində müalicə alır. Onun sağlamlıq durumunun qənaətbəxş olduğu bildirilir.



İranlı deputatın koronavirusa necə və nə vaxt yoluxması barədə hər hansı bir məlumat yayılmayıb.



Qeyd edək ki, hazırda gündəlik iclaslarını təxirə salan İran parlamentinin onlarla deputatının koronavirusa yoluxduğu bildirilir.



Xatırladaq ki, İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur martın 31-də ölkədə bu günə qədər koronavirus qurbanlarının yeni statistikasını yayıb.
Bu xəbər oxucular tərəfindən 337 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed