05.10.2012 [11:20] - Müsahibə
Güney Azərbaycan Milli Oyanış Hərəkatının lideri Mahmudəli Çöhrəqanlı “Media forum” saytına müsahibə verib.
1958-ci ildə Güney Azərbaycanın Şəbüstər şəhərinin Çöhrəqan kəndində doğulan Mahmudəli Çöhrəqanlı Təbriz Universitetinin dil-ədəbiyyat fakültəsini bitirib. Tehran Universitetində ümumi dilçilik üzrə namizədlik, Tehran Pedaqoji Universitetində isə doktorluq elmi dərəcəsi alıb. Təbriz və Tehran Universitetlərində dərs deyib. Azərbaycan Milli Elmlər Akademiyasında "Fars dilində türk sözləri" elmi əsərini müdafiə edərək professor olub. 1996-cı ildə Təbrizdən İran parlamentinə namizədliyini verib. Bundan sonra həbs olunub. Üç il sonra yenidən tutulub. 2001-ci ildə İranı tərk edib. 2003-cü ildə üç ay Azərbaycan Respublikasında yaşayıb. 2006-cı ilin iyun ayında əvvəl Türkiyədən, daha sonra Azərbaycandan deportasiya olunub. Hazırda ABŞ-da yaşayır.
- ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Deyn Rorabaher qurumun xarici əlaqələr komitəsinə azərbaycanlılarla bağlı qətnamə layihəsi təqdim edib. Layihədə qeyd olunur ki, Azərbaycan torpağı 1828-ci ildə Rusiya və İranın imzaladığı Türkmənçay müqaviləsi ilə, azərbaycanlıların razılığı olmadan ikiyə bölünüb, Azərbaycan xalqının öz müqəddəratını təyin etmək hüququ var...
- Çox böyük tarixi hadisədir. İndiyədək ABŞ-da Cənubi Azərbaycanla bağlı belə bir hal baş verməmişdi. Konqresə Cənubi Azərbaycanla bağlı layihənin təqdim olunması bizim üçün gözlənilməz oldu. Buna çox sevindik. Çünki ABŞ-ın bizim mübarizəmizə yanaşması ilə bağlı bir məsələni yadımızda saxlamışıq. Bu da odur ki, ABŞ 1945-ci ildə qurulan Cənubi Azərbaycan milli hökumətinin əleyhinə qərar verib. Hətta o zaman SSRİ-yə ultimatum verib. Biz bunu indi də təəssüf hissi ilə xatırlayırıq.
50 milyonluq Azərbaycan türkləri bölünmüş millətdir. Əgər biz Azərbaycanın ikiyə bölündüyünü, hazırda Cənubi və Şimali Azərbaycanın olduğunu BMT və digər beynəlxalq təşkilatlarda qaldıra, onları buna inandıra bilsək, onda rəsmən bölünmüş xalq statusu ala, bunu qəbul etdirə bilərik. Hesab edirəm ki, işimizi bu istiqamətdə davam etdirə bilsək, onda bunun birləşməyimizə çox böyük köməkliyi dəyər.
Deyn Rorabaher çox böyük təcrübəyə malik siyasətçidir. Onun layihəsini dəstəkləyirəm. Hesab edirəm ki, çox mühüm bir məqamda əhəmiyyətli bir layihə təqdim olunub. Çünki 30 ildən çoxdur ki, ABŞ-da İran əleyhinə danışılır, eyni və heç bir nəticə verməyən layihələr həyata keçirilir. Hər dəfə də deyirlər ki, İranı tutduğu səhv yoldan çəkindirmək üçün proqramlarımız var, yenilərini hazırlamışıq və sair.
Yüzdə-yüz konqresmenin düşüncəsinə, fikrinə qatılıram. O deyir ki, İran rejimi bölgəni bir-birinə vurub, dünyanın rahatlığını pozub, bunu həll etməlisiniz. Yetər ki, Azərbaycan məsələsinə diqqət ayırasınız, bu bölünmüş bir xalq kimi qəbul olunsun və 35 milyon güneyli, 10 milyon quzeyli ilə birləşsin, bu, onların haqqıdır.
Konqresmen böyük bir addım atıb, bizə köməklik edib. Çünki bizim böyük düşmənlərimiz, əleyhimizə işləyən çox güclü erməni lobbisi var. Bu cür məsələlərdə bizə sərt müqavimət göstərirlər. Mənim bəzi gizli məsələlərdən xəbərim var. Ermənilər dəfələrlə görüşlər keçiriblər və bildiriblər ki, Güney Azərbaycana yardım etməyin, bu, 35 milyon oyanmamalıdır, öz taleyinə yiyə çıxmamalıdır, onların milli-siyasi şüuru olmamalıdır. Erməni lobbisi ABŞ-da, digər ölkələrdə təbliğat aparır ki, cənubi azərbaycanlılar güclü səviyyədə milli-siyasi şüura malik olub ayağa qalxanda ermənilər bitəcək, bütöv Azərbaycan qurulanda Ermənistan mühasirəyə alınacaq.
- Bir neçə dəfə demisiniz ki, ABŞ Cənubi Azərbaycanda gedən hərəkata dəstək vermir. Konqresə təqdim olunan layihəni Amerikanın Cənubi Azərbaycan məsələsində mövqeyinin tədricən dəyişməsi istiqamətində atılmış addım sayırsınızmı? ABŞ-ın Cənubi Azərbaycanla bağlı daha ciddi addımlar atması mümkündürmü?
- Əvvəllər həqiqətən ABŞ bizə dəstək vermirdi. Son zamanlar isə müəyyən proseslər gedib və mənim də mövqeyim bir qədər dəyişib. Əvvəllər pərdə arxasında gedən proseslərdən xəbərim yox idi. İndi isə Amerika Cənubi Azərbaycan məsələsində rol oynamağa başlayır, dünyanın gözü önündə bəyan edir ki, Cənubi Azərbaycan məsələsini dəstəkləyir, bu məsələdə İrana müxalifətdədir. Yəni pərdə arxasında ocağı yandıran ABŞ özüdür. Ola bilsin ki, Cənubi Azərbaycan xalqına elə də ciddi əhəmiyyət vermir. Amma İrana xəbərdarlıq edir ki, dünyaya təhlükə törətməkdə davam etsən, Güney Azərbaycan məsələsi var, bunu yaddan çıxarma, ora siyasi dəstək verə bilərik. Bütövlükdə pərdə arxasında Amerika dövlətinin özünün bizə dəstək verməyə meyli var, buna mənfi baxmır. Bu çox böyük nailiyyətdir, buna sevinirik.
ABŞ-ın Cənubi Azərbaycanla bağlı mövqeyinin dəyişməsi təsadüfi deyil. Ona görə ki, İranla müharibənin necə nəticələnəcəyini heç kim deyə bilməz, müharibə çox xərc apara bilər, hazırda Qərbi Avropanın və Amerikanın buna iqtisadi gücü yoxdur. Amma Cənubi Azərbaycana dəstək verməklə heç nə xərcləmədən çox rahatlıqla İranı bölüb, kiçildib, rejimi zəiflədə bilərlər. Bölgədə böyük, dost, bütöv bir Azərbaycanın yaranmasına siyasi və hüquqi cəhətdən köməklik edə bilərlər.
- Sizcə, Cənubi Azərbaycan məsələsinin indi gündəmə gəlməsi nə ilə bağlıdır?
- Bilirsiniz ki, ərəb inqilabları Şimali Afrikadan başlayıb Yaxın Şərqə çatdı. Hazırda savaş gedir, müharibə var. Bölgədə çox ağır və mürəkkəb vəziyyət yaranıb. Türkiyə ilə İran rəsmən savaşır, bunu gizlətmirlər. İran rəsmən PKK-ya dəstək verir, PKK-nın əsgəri qüvvələrinin çoxu İran torpağındandır, onlara bu ölkə istiqamət verir. PKK İranın tapşırıqları ilə Türkiyədə terror törədir. İran böyük səylə şiələri, cəfəriləri, ələviləri Türkiyədə dövlətin əleyhinə qaldırmaqla məşğuldur. Suriyadakı vəziyyəti də bu həddə çatdıran İrandır. Yəni regionla savaş başlanıb. Narahatlıq yaradan əsas məsələ İranın Türkiyəyə mümkün hücumudur. Ona görə də İrana xəbərdarlıq edirlər. Misir prezidenti Məhəmməd Mursi İrana yeni təklif verib. Həmin təklifə əsasən, Misir İranın Bəhreyn, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı ilə dost olmasına, barışmasına vasitəçilik etməyə hazırdır. Əvəzində Tehranın Suriyaya dəstək verməkdən əl çəkməsini istəyir. İran bunu qəbul etməyib. Hər halda bölgədə qan, savaş qazanı qaynayır. Məncə, gələn həftələr, ya aylar çox-çox mühümdür, tez bir zamanda proseslərin necə inkişaf edəcəyi məlum olacaq.
- Amerikada bu məsələnin beynəlxalq səviyyədə gündəmə gəlməsi Cənubi Azərbaycandakı hərəkata, cənubi azərbaycanlıların durumuna necə təsir edə bilər? Orada hərəkat varmı?
- Hərəkat tamamilə dəstəksiz qalıb. Kürdlərə baxın. Onlar bu gün rahatlıqla Ermənistana, İrana, İraqa, Suriyaya girirlər, Türkiyənin içində vardırlar. Bölgədə bir azad güney azərbaycanlı tapa bilərsinizmi? Ona rahat qalmağa imkan verirlərmi? Mənim Türkiyə və Azərbaycana gəlişim yasaqlanıb. 6 ildir qapılar üzümüzə bağlanıb və açılmayıb.
2006-cı ildə İran rejimi Türkiyəyə müraciət edib, Mahmud Əhmədinejad özü Rəcəb Teyyub Ərdoğana zəng vurub, 3-ü lider səviyyəsində olmaqla 55 nəfər PKK üzvünün əvəzində mənim tutularaq İrana təhvil verilməyimi istəyib. Amma Amerikanın səfiri işə müdaxilə edib, Birləşmiş Ştatlar buna etiraz edib. Türkiyə məni təhvil verə bilməyib. Məni Azərbaycana deportasiya ediblər. İran rejimi eynilə Azərbaycana da zəng edir, məni onlardan istəyirlər. Alınmır. Azərbaycan hakimiyyəti sağ olsun ki, bu təklifi qəbul etməyib. Nəhayət, Mahmud Əhmədinejad Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey İvanova zəng edib. Sergey İvanov isə Azərbaycan hakimiyyətinə, İlham Əliyevə zəng edib. Onun sözünü qəbul edirlər. Nəticədə belə qənaətə gəlirlər ki, bu adam Dərbənd məsələsinə görə Rusiyaya, Borçalıya görə Gürcüstana, Güney Azərbaycana və Qarabağa görə Şimali Azərbaycana və İrana, ümumiyyətlə bölgənin təhlükəsizliyinə maneə yaradan adamdır. Ona görə də məni tutub uzaqlaşdırdılar. Azərbaycan hakimiyyəti İranın yox, Sergey İvanovun istəyini qəbul etdi.
Bu millət məzlum, yazıq, dəstəksiz və himayəsizdir. Qardaşları belə qapılarını bu millətin üzünə bağlayıb. Şimali Azərbaycandan iynənin ucu qədər də dəstək almamışıq. Qardaş da qardaşın üzünə qapı bağlayar? Belə bir həssas, tarixi dövrdə belə mövqe tutmaq olar? Tarix bizi bağışlayar? Yaxşı, yardım etmirsən, heç olmasa qapılarını bağlama. Mənə deyirlər ki, onlara toxunma, danışma. Amma icazə ver vətənimi, bacı-qardaşlarımı görüm. Təbrizi görə bilmirəm, heç olmasa Bakını görüm. Ana dilimi eşidim, o səs, o millətin qaşı-gözü, üzü, baxışı mənə dərmandır axı. Bunu etməməli idilər, ediblər. Hər halda bu millət məzlum, yalqız və yalnız qalıb.
Türkiyədən də dəstək ala bilmirik, bu günədək İranı dəstəkləyirlər. Bir neçə il əvvəl İranla Türkiyənin ticarət dövriyyəsi 700 milyon dollar idi, bu gün 16 milyarddır. Hələ Əhməd Davudoğlu deyir ki, yaxın iki ildə 30 milyard dollara çatmağı hədəfə almışıq...
Yaxşı ki, Amerikanın bu son addımı oldu. Bu, mənəvi gücümüzü yüksəldir, hərəkatımıza təkan verir.
- Azərbaycan dövləti Cənubi Azərbaycana necə dəstək verə bilər?
- Əlbəttə, deyə bilmərik ki, Şimali Azərbaycanın bu məsələdə rolu olmayıb. Məncə, qeyri-hökumət təşkilatlarının təmsilçiləri və bəzi millət vəkilləri burada və Avropada görüşlər keçirib, amerikalı konqresmenlərə, dövlətə mənsub olan şəxslərə bilgilər, məlumatlar veriblər. Əgər İlham Əliyev bəyan edirsə ki, 50 milyonun prezidentidir, sözünə və millətə sahib çıxmalıdır. Tək qalıblar, səndən sonra kimləri var ki... Sahib çıx, bundan çəkinmə, 35 milyon candaşın, qandaşın sənin arxandadır. Bəli, özü müstəqil yox, dolayısı ilə, davranışları ilə, diasporu, millət vəkilləri, bəzi partiyaların vasitəsi ilə bölünmüş, parçalanmış Azərbaycan millətinin məsələsinin yavaş-yavaş Avropada, Amerikada gündəmə gəlməsinə kömək etməlidir.
- Azərbaycana gəlmək üçün müraciət etmişdiniz. Bu müraciətə cavab verildimi?
- Təəssüf ki, yox. Hələ ki, qapılar üzümüzə bağlıdır. Oktyabrın ortalarında Bakıda Dünya Azərbaycanlıları Konqresinin İdarə Heyətinin toplantısı olacaq. Məni də dəvət edəcəklərini bildiriblər. Ümid edirəm ki, icazə verəcəklər. Əgər icazə versələr, mütləq Azərbaycana gələcəm.

Bu xəbər oxucular tərəfindən 1281 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |