05.10.2012 [11:28] - Güney Azərbaycan xəbərləri
Tehranın mərkəzi bazarındakı mağazalar və ticarət obyektlərinin oktyabrın 3-də başlatdığı kütləvi tətil oktyabrın 4-5 də də davam edib. Məlumatına görə, qeyri-sabit iqtisadi duruma, hökumətin iqtisadi siyasətinə və milli pulun dəyərinin düşməsinə etiraz bildirən tətilçilər mağazalarını açmayıblar.
Tətil nəticəsində paytaxtın böyük bir hissəsində alış-veriliş dayandırılıb. Şəhərin əsas küçə və meydanlarının silahlı polis və mülki geyimli təhlükəsizlik qüvvələrinin nəzarətinə götürüldüyü bildirilir.
Oktyabrın 1-dən bəri İran rialının məzənnəsi ABŞ dollarına nisbətən 30 faiz düşüb. ABŞ dollarının məzənnəsinin qalxması İranda ərzaq məhsulları və digər malların bahalaşmasına səbəb olub.

Bu xəbər oxucular tərəfindən 1013 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |