01.04.2020 [14:12] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranın Rəsmi statistikalarına əsasən Güney Azərbaycan əyalətlərində son 24 saatda daha 178 nəfərdə koronavirusa yoluxma faktı qeydə alınıb və infeksiyaya tutulanların sayı 4679 nəfərə çatıb.
Güney Azərbaycanda infeksiyasından ölənlərin sayı isə 515 nəfər olub. Güney Azərbaycan bölgələri arasında ən yüksək yoluxma və itki faktı Şərqi Azərbaycan əyalətində qeydə alınıb.
Bu əyalətdə keçən 24 saat ərzində daha 81 nəfərdə koronavirus infeksiyası aşkarlanıb. Təbriz Tibb Universitetinin rəisi Məhəmməd Hüseyn Somi əyalətdə koronavirusa yoluxanların sayının 1618 nəfərə çatdığını bildirib.
O, keçən gün daha doqquz nəfərin koronavirus infeksiyasından öldüyünü və beləliklə qurbanların sayının 157 nəfərə çatdığını deyib.
Sominin sözlərinə görə, Şərqi Azərbaycan əyalətində ən yüksək yoluxma faktı Təbrizdə, ondan sonra isə Mərənd, Əhər, Miyana, Şəbistər, Marağa və Sarab şəhərlərində qeydə alınıb.
O, yoluxanlardan 25 nəfərinin vəziyyətinin ağır olduğunu deyib və tibbi avadanlığın çatışmazlığına da diqqət çəkib.
“Gün ərzində sadəcə 200 nəfəri yoxlamaq imkanımız var” - deyən Somi gələn günlərdə əyalətə yeni test avadanlıqlarının gətiriləcəyini bildirib.
Güney Azərbaycan əyalətləri arasında virusa yoluxanların və qurbanların sayına görə Şərqi Azərbaycandan sonra ikinci yeri tutan Qəzvində də 957 nəfərin koronavirusa yoluxduğu, 137 nəfərin həyatını itirdiyi təsdiqlənib.
Qərbi Azərbaycanda isə infeksiyaya yoluxanların sayı 725 nəfərə çatıb. Urmiya Tibb Universitetinin rəisi Cavad Ağazadənin dediyinə əsasən, son 24 saatda daha 29 nəfərdə infeksiya aşkarlanıb.
Onun sözlərinə görə, Qərbi Azərbaycanda bu virusdan ölənlərin sayı 60 nəfərə çatıb.
Ərdəbil əyalətində də 442 nəfərin koronavirusa yoluxduğu təsdiqlənib. Ərdəbil Tibb Universitetinin rəis müavini Əfşin Fəthinin dediyinə görə, son 24 saat ərzində bu əyalətdə daha altı nəfər canını itirib və beləliklə infeksiyadan ölənlərin ümumi sayı 75 nəfərə çatıb.
Zəncan əyalətinin Tibb Universitetinin rəis müavini Alirza Armaninin açıqlamasına görə, əyalətdə infeksiyaya yoluxanların sayı 582, xəstəlikdən ölənlərin sayı isə 57 nəfərə çatıb.
Həmədan Əyalətində isə rəsmilər artıq bir həftədir ki, yoluxanların və ölənlərin sayı haqda məlumat vermirlər. Son rəsmi məlumat keçən həftə cümə axşamı günü açıqlanıb. Həmin məlumata əsasən, əyalətdə 355 nəfər koronavirusa yoluxub, onlardan 29-ü həyatını itirib. Qeyri-rəsmi mənbələr Həmədanda infeksiyanın geniş yayıldığını, onlarla insanın öldüyünü yazırlar. İranın Səhiyyə nazirliyindəki mənbələrinə istinad edən bir xəbər saytı Həmədanda 92 nəfərin infeksiyadan öldüyünü yazıb. Həmin mənbə virusa yoluxanların sayının 2251 nəfərə çatdığını iddia edib.
Əyalət rəsmilərinin son günlərdə epidemiyanın yayılması haqqında məlumat verməkdən imtina etmələri də əyalətdəki vəziyyətlə bağlı ciddi narahatlığa səbəb olub. Keçən həftə Həmədan həbsxanasında koronavirusun yayılması ilə bağlı üsyan baş vermişdi. Rəsmilər üsyanda iki nəfərin canını itirdiyini deyirlər.
İranda koronavirusa yoluxma faktı ilk dəfə Qum şəhərində qeydə alındıqdan sonra hökumət şəhəri karantinə almağa qarşı çıxaraq virusun bütün ölkəyə, o cümlədən Güney Azərbaycana yayılmasına, yüzlərcə insanın qurban olmasına yol verdi.

Bu xəbər oxucular tərəfindən 450 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |