02.04.2020 [12:06] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Tramp İran və ona bağlı yaraqlı qruplaşmaların Amerika qüvvələri və mülkiyyətlərinə qarşı surpriz hücum hazırlamaqda olduqlarını bildirib.
O, "Twitter" hesabında yazdığı statusda bu hücumun reallaşacağı təqdirdə, rəsmi Tehranın ağır bədəllər ödəyəcəyini qeyd edib.
"Əldə edilən informasiya İran və ona bağlı yaraqlı qruplaşmaların Amerika qüvvələri və mülkiyyətləri əleyhinə surpriz hücum hazırlamaqda olduqlarını göstərir. Əgər bu baş versə, İran çox ağır bədəl ödəyəcək", - deyə Tramp yazıb.
Tramp bu xüsusda detalları açıqlamayıb. Lakin ötən günlər ərzində ABŞ mediasında bu ölkənin hərbi qüvvələrinin İraqda İrana bağlı qruplaşmalarla mübarizə aparmağa hazırlaşdığı barədə məlumatlar yayılıb. Bəzi məlumatlarda ABŞ Müdafiə Nazirliyində gələcək həftələrdə hərbi əməliyyatların başladılması istiqamətində proqramın hazırlanmaq üzrə olduğu deyilirdi.
Xəbərlərdə "Kətaibul-Hizbullah" yaraqlı qruplaşmasının tam olaraq yox edilməsi Pentaqonun yeni əməliyyatda əsas hədəflərindən kimi qeyd edilirdi.
Ötən günlər ərzində İraqda Bağdad səmasında hərbi helikopterlərin patrul uçuşu, bir neçə baza ətrafına Patriot hava hücumundan müdafiə sistemlərinin yerləşdirilməsi və digər bu kimi ABŞ-ın hərbi aktivliyi də müşahidə olunub.
Bütün bunların fonunda "Həşdəş-Şəbi" qruplaşmasının komandanları İraqın Baş naziri Adil Əbdülmehdini onların yanında yer almağa və ABŞ-a xəbərdarlıq etməyə çağırıb.
"Sepah" terror təşkilatı və İran Xarici İşlər Nazirliyi də yaydıqları ayrı-ayrı bəyanatlarda ABŞ-ın son addımlarını kəskin tənqid ediblər və bunun "faciəvi sonluqlar"a yol açacağını iddia ediblər.

Bu xəbər oxucular tərəfindən 309 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |