02.04.2020 [12:07] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Ərk- Azərbaycan İnsan Hüquqları Cəmiyyətinin müdiri xanım Dr. Jalə Təbrizi “Iran International” telekanalına verdiyi müsahibədə İran həbsxanalarında koronavirus təhlükəsi və azərbaycanlı məhbusların vəziyyətindən danışıb.
İnsan haqları müdafiəçisi çıxışı zamanı İran həbsxanalarında həbs edilən siyasi və milli-mədəni fəalların sağlamlığının böyük nigaranlığa səbəb olduğunu diqqətə çatdırıb.
“Həbsxanalarda vəziyyət olduqca təhlükəlidir. Azərbaycanlı fəallar Abbas Lisani, Lətif Həsəni, Əlirza Fərşi, Tövhid Əmir Əmini, Cəfər Rüstəmirad, Kazım Səfabəxş, Əmir Səttari, Məhəmməd Əbdulməhəmmədzadə, Zeynəb Həmrəng, Mojqan Siyami, Məlihə Bərqi Sadiqyani və digərlərinin vəziyyəti nigaranlıq doğurur.”-deyə o söhbətinin bir hissəsində qeyd edib.
Dr. Jalə Təbrizi Rəcayişəhr həbsxanası, Evin zindanı, Təbriz, Ərdəbil, Urmiya, Zəncan və digər həbsxanalarda çox təhlükəli vəziyyət yarandığını diqqətə çatdırıb.
O söhbəti zamanı ötən günlərdə koronavirus infeksiyası ilə bağlı məhbuslara məzuniyyət verilməsi ilə əlaqədar Ərdəbil zindanına baxış keçirən şəhərin baş prokuroru Abdulla Təbatəbayinin məhbuslarla danışığında yol verdiyi səhvlərə də toxunub.
Baş prokuror bir bəluç məhbusdan hansı ittihamdan həbsə məhkum edildiyini soruşub. Məhbus bunun cavabında “milli təhlükəsizliyi pozmağa cəhd göstərmək”də ittiham olunduğunu bildirib. Abdulla Təbatəbayi məhbusun cavabında deyib: “Məzuniyyət nədir! Təhlükəsizlik və siyasi ittihamlara görə həbs edilən məhbusların nəfəs çəkməsi belə haramdır!”. Bu məsələ tanınmış güney azərbaycanlı fəal Abbas Lisaninin sərt reaksiya verməsinə səbəb olub. O baş prokurora xitabən bildirib ki, siz siyasi məhbusları öldürmək istəyirsiniz!

Bu xəbər oxucular tərəfindən 322 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |